1. Ya anadangəlmə, ya da sonradan dəri üzərində əmələ gələn xırda, dəyirmi ləkə. □ Üzündə xal var.
2. Cürbəcür saplarla, rənglə vurulan naxış. □ Xalının əlvan xalları.
3. Qumar kağızının, zərin və s.-nin üstündəki nişanlardan hər biri.
4. Musiqinin əsas melodiyası ilə həmahəng olan yeni hissə, yeni cəhət. □ Onun vurduğu rənglər, xallar, nida və intonasiyalar zəngin, incə və orijinaldır. (İ.Əfəndiyev).
1. İdman yarışlarında və oyunlarında qiymət qoyarkən hesablama vahidi.
2. Ümumiyyətlə, say, miqdar bildirir. □ Üç xal arıq.
See also: