1. Axtalanmış, axta. □ Xədimləri hissdən məhrum zənn edirlər. 2. Xidmətçi, qulluqçu. □ Xədimlərə iş tapşırmaq.
See also:
Boğanaq, bürkü, isti hava. □ Evdə xəfə var, qaranlıqdır. (A.Divanbəyoğlu).
Heç kəsin görə bilməyəcəyi, gizli, xəlvət yer. □ Xəfədə gizlənmək.
Bax: xəfələmək.
Havanın qabağını tutmaq, boğmaq; sönmək üçün qapamaq. □ Samovarı xəfələmək.
Bax: xəfələnmək.
Xəfə bir yerə çəkilmək, daldalanmaq.
Xəfə, gediş-gəliş olmayan yer, daldalanmağa yarar yer. □ Xəfəlikdə gizlənmək.
Bürkülü, tənəffüsü çətinləşdirən, boğucu ağır hava. □ Xəfəlikdən nəfəs almaq olmur.
1. At və başqa heyvanlarda ciyər xəstəliyi, təngnəfəslik. □ At xəfənəg olub. 2. Sifət kimi: ciyər xəstəliyi, təngnəfəslik (ata aid). □ Xəfənəg at. 3. Təngnəfəslik, sinəgirlik, astma. □ Xəfənəg xəstəliyi atlarda olur.
Samovarın odunu söndürmək üçün bacasının üstünə qoyulan dəmir qapaq.
Pəncərənin və ya qapının üst hissəsi. □ Belə qapılara xəfəng deyərdilər. (H.Sarabski).
1. Mülayim, yüngül, yumşaq. □ Xəfif yel. 2. Zərif, incə. □ Xəfif bir gülüş.
3. Zəif, yüngül. □ Xəfif sazaq.
1. Azacıq, yüngülcə, zəifcə. □ Gənc yenə də xəfifcə gülərək cavab verdi. (M.S.Ordubadi). 2. Yavaşca, üsulluca. □ Xəfifcə müşahidə aparmaq. 3. Sifət kimi: yüngül, zəif. □ Xəfifcə bir qızartı.
Xəfif surətdə, yüngülcə, yavaşca. □ Xəfifcəsinə titrəmək.
1. Xəfiyyə idarəsinin məmuru, gizli agenti. □ Xəfiyyəllər çarlar tərəfindən göndərilmişdi. 2. Casus. □ Xəfiyyə saldılar, pul vəd etdilər. (H.K.Sanılı).
Xəfiyyə məmuru, xəfiyyə agenti. □ Bu halda xəfiyyəçilərdən biri qapını açdı. (C.Cabbarlı).