1. İnsanın keçmişdə olmuş bir şeyi yadda saxlama qabiliyyəti; yaddaş, zehin. □ O əhvalat indi də xatirimdədir.
2. Məcazi mənada: könül, ürək, qəlb. □ Ey fəqir, ehtiyacını göstər! İstə məndən, nə xatirin istər! (M.Ə.Sabir).
3. Məcazi mənada: mənlik hissi.
4. Hörmət, sayğı. □ Sənin xatirin üçün.
5. Xatirinə şəklində – hörmət, sayğı əlaməti olaraq. □ Mənə elə gəlir dünyada hər şey; Sənin xatirinə yaranıb ancaq. (Ə.Kürçaylı).
6. Xatirinə şəklində – ..naminə, ..üçün, ..görə, ..uğrunda. □ Sabahın xatirinə.
See also:
1. İnsanın yadında, hafizəsində qoruyub saxladığı hər hansı bir hadisə, iş və s. keçmişdə olmuş hər hansı bir hadisəni, işi və s.-ni xatırladan şey. □ Unudulmaz xatirələr.
2. Bir adam və ya hadisə haqqında yadda qalan şey. □ Qızdan yalnız xoş bir xatirə qalmışdı. (S.Vəliyev).
3. Bir şeydən xatirə qalan, onu xatırladan hadisə və s. haqqında. □ Bu kitab atamdan qalma xatirədir.
4. Xatirində, yadda qalan. □ Ədəbi xatirələr.
5. Keçmiş hadisələr haqqında şəxsi xatirələrdən ibarət əsər və s. □ "Xatirələr"ini çap etdirmək.
6. Yadigar mənasında; yaddaş üçün olan. □ Səndən mənə bir ömürlük xatirə; Məndən sənə nə qalacaq, nə bilim? (M.Araz).
See also: