1. Yuxu. □ Bu işlərin hamısı mənə vaqiə kimi göründü. (C.Məmmədquluzadə)
2. Hadisə, əhvalat, macəra. □ Ol vaqiədən olub xəbərdar; Tutdu rəhi-dəşt Zeydi-qəmxar. (M.Füzuli)
Arxaizm. Həqiqətən, həqiqətdə, doğrudan da. □ Xacə Mübarək vaqiən çox saf və sadiq adam idi. (M.F.Axundzadə)
1. Bir işdə məlumatı, biliyi olan; xəbərdar, məlumatlı. □ Mirzə ən qədim Şərq elmlərindən başlamış öz gününə qədər bütün elmlərə vaqif idi. (S.Rəhimov)
2. Arxaizm. Duran, ayaq üstə duran.
3. Arxaizm. Vəqf edən, ianə verən, xeyriyyəçi.
Bax: vaqqıldamaq.
Qurbağa, ördək, qaz, bayquş səsinə bənzər səs çıxarmaq. □ Vaqqıldama bayquş kimi, idbar, dilənçi! (M.Ə.Sabir).
Bax: vaqqıldatmaq.
Vaqqıldamağa məcbur etmək, vaqqıltı səsi çıxartdırmaq.
Qurbağa, ördək, qaz, bayquş səsinə bənzər səsi bildirən təqlidi söz. □ Musiqi əvəzinə qurbağaların vaqqıltısını eşidirəm. (Mir Cəlal).
1. Rels üzərində hərəkət edən minik və ya yük daşıyan üstüörtülü və ya açıq araba. □ Dəmiryol vaqonu. Motorlu vaqon. Yük vaqonu. Yataqlı vaqon.
2. Rəqəmlərlə – vaqonda yerləşən yükün miqdarı. □ Bir vaqon kömür.
Yaxın məsafələrə yük daşımaq üçün üstüaçıq kiçik vaqon. □ Torpaq əl arabası ilə və ya vaqonçalarla daşınır.
Bax: vaqonça.
Vaqoneti idarə edən fəhlə.
Vaqon qayırmaqla məşğul olan. □ Vaqonqayıran zavod.
Vaqonqayırma sahəsinə aid olan. □ Vaqonqayırma sənayesi.