Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

videoçarx [vidiyoçarx] isim latın

1. Jurnalistika. Bədii ardıcıllıqla tərtib edilmiş kadrlardan ibarət qısa süjet.

2. Jurnalistika. Qısametrajlı rek­lam filmi, yaxud qısa süjetli musiqili film.

Azərbaycan dilinin izahlı lüğəti

videoinformasiya [vidiyoinfarmasiya] isim latın

Jurnalistika. Nümayiş etdirilməsi mümkün olan hər hansı informasiya daşıyıcısında yazıl­mış, yaxud videokamera vasitəsilə çə­ki­lə­rək birbaşa auditoriyaya nümayiş et­di­rilən vizual görüntü.

Azərbaycan dilinin izahlı lüğəti

videokamera [vidiyok'amera] isim latın

Jurnalistika. Təsviri və səsi saxlanmaq üçün müxtəlif formalı informa­siya daşıyıcılarına köçürə, yaxud birbaşa efirə ötürə bilən çəkiliş aparatı.

Azərbaycan dilinin izahlı lüğəti

videokaset [vidiyok'aset] isim latın/franız

Jurnalistika. Videokamera ilə çəkilmiş, yaxud videomaqnitofon vasi­təsilə köçürülmüş görüntüləri rəqəmsal formatda saxlamaq üçün informasiya da­şı­yı­cısı.

Azərbaycan dilinin izahlı lüğəti

videomaqnitofon [vidiyomaqnitafon] isim latın/yunan

Jurnalistika. Videokameradan aldığı təsviri və onu müşayiət edən səs siqnallarını maq­nit lentinə yazan və sonradan nümayiş etdirən avadanlıq.

Azərbaycan dilinin izahlı lüğəti

videomətn [vidiyomətn] isim latın

1. Jurnalistika. Məlumat xarakterli qrafik informa­si­yanın televiziya, yaxud kompüter ekranına çıxarılmasını təmin edən sistem.

2. Jurnalistika. Mə­cazi mənada: qəzet, jurnal mə­qa­ləsində çərçivəyə alınaraq, yaxud xüsusi qələmlə rənglənərək digərlərindən fərq­ləndirilən cümlə, söz.

Azərbaycan dilinin izahlı lüğəti

videosıra [vidiyosıra] isim latın

1. Jurnalistika. Hər hansı mətni müşayiət edən video­təsvirlər.

2. Jurnalistika. Kino və videolentlərdə, başqa maddi daşıyıcılarda təsvirlərin, yaxud təs­vir siqnallarının ardıcıllığı.

Azərbaycan dilinin izahlı lüğəti

videosüjet [vidiyosüjet] isim latın/fransız

1. Jurnalistika. Hər hansı hadisə haqqında qısa və bitkin videoin­formasiya.

2. Jurnalistika. Televiziya proq­ramının ssenarisinə uyğun olaraq ve­rilişdə nümayiş etdirmək üçün hazırlanmış videomaterial.

Azərbaycan dilinin izahlı lüğəti

videoteka [vidiyotek'a] isim

1. Jurnalistika. Verilişlərin, filmlərin, digər videoarxiv materiallarının lent yazılarının xüsusi şəraitdə saxlandığı, özəl mühafizə sisteminə malik yer.

2. Jurnalistika. Xüsusi şəraitdə, özəl mühafizə sisteminə malik olan yerdə sax­lanılan verilişlərin, filmlərin lent ya­zı­larının, digər videoarxiv materiallarının toplusu.

Azərbaycan dilinin izahlı lüğəti

videoyazı [vidiyoyazı] isim

Jurnalistika. Vizual informasiyanın saxla­nıl­maq və sonradan nümayiş etdirilmək üçün fiziki daşıyıcıya yazılması prosesi, həmçinin bu prosesi təmin edən elektron texno­logiya.

See also:

jurnalistika: gizli videoyazı Azərbaycan dilinin izahlı lüğəti

vikipediya [vikipediya] isim havay/ingilis

Jurnalistika. Bütün internet is­ti­fa­dəçiləri üçün açıq, çoxdilli onlayn ­ensiklopediya.

Azərbaycan dilinin izahlı lüğəti

vizuallaşdırma [vizuallaşdırma] isim latın

1. Jurnalistika. Gözlə görülə biləcək obrazın yaradıl­­­ma­sı.

2. Jurnalistika. Rəqəmsal informasiya, yaxud fiziki ha­disənin, prosesin tamaşaçının gözlə gö­rə biləcəyi formada təqdim olunması üsulu.

Azərbaycan dilinin izahlı lüğəti

voks-pop [vok's-pop] isim latın

1. Jurnalistika. Adi vətəndaşdan alınmış şərh, rəy.

2. Jurnalistika. Jurnalistin bir məsələ barədə adi vətən­daşların rəyini öyrənməsi üsulu və pro­­­­­se­si.

Azərbaycan dilinin izahlı lüğəti

vatta [vatda] isim holland

Coğrafiya. Dəniz və okeanlarda qabarma zamanı su altında qalan, çəkilmə zamanı üzə çıxan sahilboyu alçaq ovalıq.

Azərbaycan dilinin izahlı lüğəti

vest [vest] isim alman

Coğrafiya. Üfüqün qərb cəhətinin beynəlxalq adı.

Azərbaycan dilinin izahlı lüğəti