1. Qorxu, həyəcan, təəssüf, kədər, ağrı, təəccüb, fərəh kimi hissləri ifadə edir. □ Vay, yazıq! Vay, ilana bax!
2. Yenə yuxarıdakı mənalarda olaraq, müxtəlif tərkiblər daxilində işlənir. □ Vay, dədəm, vay! Vay, mənim başım! Vay, mənim günümə!
3. Bəzən təkrar şəklində işlənir vay-vay, vay-vay-vay. □ Qorxuram Zakiri hicrin qəmi bir halə sala; Görən adəm deyə vay-vay, budu divanə gəlir. (Q.Zakir)
4. İsim kimi: yas, ölü yeri, yaxud müsibət, bədbəxtlik mənasında. □ Öldür Ələsgəri qurtulsun canı; Vay xəbərin göndər qohum-qardaşa. (Aşıq Ələsgər)
See also:
Baramaçılıqda kələfcə şəklində sarınan incə yalınqat ipək teli.
Vaz keçmək – əl çəkmək, fikrindən daşınmaq. □ Öz fikrindən, niyyətindən vaz keçmək.
Vaz atmaq – hoppanmaq, sıçramaq, atılmaq, atılıb-düşmək. □ Sürü üstündə çobanlar yatmaz qorxudan; Çöldə heyvan ya maral vaz atmaz qorxudan.(A.Səhhət).
See also: