1. Fərq qoymadan, ayırmadan, arada buraxmadan, hamını, başdan-başa, bilavasitə bir-birinin ardınca, bir-bir. □ Ucdantutma siyahıya alma.
2. Sifət kimi: fərq qoymadan, ayırmadan, arada buraxmadan, hamını, başdan-başa, bilavasitə bir-birinin ardınca, bir-bir. □ Ucdantutma səfərbərlik.
1. Ölkənin, dövlətin, şəhərin, qəsəbənin mərkəzindən kənarda olan hissəsi, məhəlləsi, ümumiyyətlə bir yerin ən uzaq hissəsi, kənarı. □ Ucqar kənd. ..Meşənin ucqarında dağkeçisi görünür. (S.Rəhimov).
2. Uzaq. □ Mənə gəl-gəl deyir hər ev, hər ocaq; Yurdumun ən ucqar bucağındayam. (S.Rüstəm).
Azərbaycan dilinin izahlı lüğəti1. Az pula satılan, qiyməti aşağı olan, dəyəri baha olmayan. □ Ucuz palto. Ucuz parça. Ucuz enerji.
2. Zərf kimi: az pula satılan, qiyməti aşağı olan, dəyəri baha olmayan. □ Taxılı ucuz buraxın, çox buraxın, çörək də ucuz olsun. (M.S.Ordubadi).
3. Məcazi mənada: zəhmətsiz, əziyyətsiz, asanlıqla əldə edilən (başa gələn). □ Ucuz şöhrət ardınca qaçmaq. Ucuz qazanc.
4. Məcazi mənada: heç bir qiyməti, dəyəri olmayan; dəyərsiz, əhəmiyyətsiz, boş, bayağı. □ Ucuz söhbətlər.
See also: