Uzun edən, uzunluğunu artıran. □ Uzunladıcı məftil.
Bax: uzununa.
Bax: uzunlaşmaq.
Uzun olmaq, boyca artmaq, getdikcə uzun olmaq, boya vermək. □ Uşaq bir-iki ilin içində yaman uzunlaşıb.
Bax: uzunlatmaq.
Uzun etmək, uzunluğunu, boyunu artırmaq, uzunlaşdırmaq.
Lifləri uzun, uzun lifləri olan. □ Uzunlifli pambıq.
1. Uzun şeyin halı. □ Yolun uzunluğu. İlanın uzunluğu bir metrdən artıqdır. 2. Məcazi mənada: davamlılıq, sürəklilik. □ Söhbətin uzunluğu bizi yordu.
See also:
Lüləsi uzun, uzun lüləli. □ Uzunlülə tüfəng.
Uzun müddəti nəzərdə tutan, uzun müddət davam edən; uzun müddətə verilmiş. □ Uzunmüddətli ezamiyyət. Uzunmüddətli iş. Uzunmüddətli borc.
1. Ömrü uzun, uzun ömür sürmüş, çox yaşamış. □ Uzunömürlü adam.
2. Uzun müddət işləyə bilən, çox davamlı, çox yaşaya bilən. □ Mühərrikdə qoyulmuş yeni izolə korpusu daha etibarlı, rütubətə davamlı və uzunömürlüdür.
Uzun ömür, uzun həyat, uzun, çox yaşama; ömrün uzunluğu.
Saçı uzun, uzun saç qoymuş, saçlarını uzatmış. □ Uzunsaç oğlan.
Bax: uzunsaç.
Saqqalı uzun, saqqalını uzatmış. □ Uzunsaqqal adam.