Gərdəni, boynu, boğazı uzun olan.
Bax: uzungərdən.
Gövdəsi uzun olan. □ Uzungövdəli ağac.
Kirpikləri uzun olan, uzun kirpikli. □ Uzunkirpikli qiz.
1. Zoologiya. Qanadları uzun olan. □ Uzunqanadlı quşlar.
2. Zoologiya. İsim kimi: uzunqanadlılar şəklində – uzunqanadlıların və milçəkquşuların daxil olduğu quşlar dəstəsinin adı.
Bax: uzunqılça.
Qılçaları (qıçları) uzun olan. □ Rəhimli qulac-qulac addımlar atan uzunqılça təhkimçinin arxasından güclə çatırdı. (İ.Hüseynov).
Qolları uzun olan. □ ...əynində ... uzunqol bənöyüş çit köynək vardı. (Ə.Vəliyev).
Bax: uzunqol.
1. Qulaqları uzun olan, uzun qulaqlı. □ Uzunqulaq tula.
2. Eşşək. □ ...dünya malından bir uzunqulağı, bir də ... iki keçidən başqa heç bir şeyi yox idi. (C.Cabbarlı).
3. Məcazi mənada: söyüş mənasında işlənir.
Quncları uzun, uzun qunclu; uzunboğaz. □ Uzunqunc çəkmə.
Quyruğu uzun olan. □ Uzunquyruq sağsağan.
Bax: uzunquyruq.