1. Bir sənəti lazımınca, əsaslı surətdə öyrənib onunla məşğul olan adam; sənətkar. □ Usta Fərrux işdən kefi kök qayıtmışdı. (B.Bayramov).
2. Peşə, sənət öyrədən şəxs; tərbiyəçi, müəllim. □ ...orada usta Xəlilin yanında qırx yaşında ikən sərraclıq sənətini bir il müddətində öyrənib, Qəzvinə müraciət etdi. (M.F.Axundzadə).
3. Öz işində böyük bacarıq və məharət qazanmış mahir adam, mahir sənətkar. □ Bədii söz ustası. İncəsənət ustalarının konserti. Üzümçülük ustası.
4. Məcazi mənada: ümumiyyətlə, mahir, bacarıqlı, zirək adam haqqında. □ Xeyr, lazım deyil, .. Əhməd özü ustadır, əldən qoymaz. (N.Vəzirov)
5. İstehsalatda, uçuşda və s.-də inzibati və texniki rəhbərliyi həyata keçirən şəxs. □ Növbə ustası. Buruq ustası.
6. Ən görkəmli idmançılara verilən ad və bu adı daşıyan şəxs. □ Əməkdar idman ustası.
See also:
1. Arxaizm. Bir neçə ustaya rəhbərlik edən usta, baş usta. □ Ustabaşı kənarda durub məlumat verir, qabarlı əllər ilmə düyürdü. (Y.V.Çəmənzəminli).
2. Arxaizm. Ustaya hörmətlə müraciət. □ Xəbər söylə mənə, ay ustabaşı; Əlindəki sazı necə çalırsan? (“Aşıq Qərib”).
Azərbaycan dilinin izahlı lüğəti1. Elm və ya sənət sahəsində geniş və dərin məlumatı və qabiliyyəti olan şəxs. □ Qabil şagird ustad olur ustadan. (Atalar sözü).
2. Məcazi mənada: müəllim, tərbiyəçi, öyrədici, mürşid. □ Ey yorulmaq bilməyən ustadımız! Yandı mövtünlə dilinaşadımız. (A.Səhhət).
Azərbaycan dilinin izahlı lüğətiƏdəbiyyatşünaslıq. Azərbaycan şifahi xalq ədəbiyyatında çox vaxt qoşma, bəzən də divani şəklində olub, məzmunca hikmətamiz, nəsihətamiz, fəlsəfi məzmunda şeir növlərindən biri (bir ənənə olaraq aşıqlar dastana ustadnamə ilə başlayırlar). □ Elə ona görə mən də naşı şəhər balalarına yaxşı bir ustadnamə oxudum. (S.Rəhimov).
Azərbaycan dilinin izahlı lüğəti