Urologiya mütəxəssisi; həkim.
1. Hücum zamanı qoşunların döyüş nidası. □ Soldat “ura” deyib keçdi hücuma; Töküldü qanları torpağa, quma. (H.K.Sanılı).
2. Hərarətli alqış və heyranlıq ifadə edir; əhsən! afərin!□ Hamı bir ağızdan “urra” deyib piyalələri qaldırdılar. (Ə.Vəliyev).
Ailə, qəbilə, tayfa. □ Uruğum olsun, Urumda olsun. (Atalar sözü).
Uruqvayda yaşayan əhali.
Dialekt. “Rus” sözünün canlı dildə işlənən forması. □ Bax, mən iki yaşında urus balası görmüşəm ki, başı ağappaq qar kimi. (Ü.Hacıbəyli).
Dialekt. Xəmiri kündələyərkən və ya yayarkən ələ yapışmaması üçün onun üstünə səpilən az un. □ İki evin urvasından bir fətir olar. (Atalar sözü).
See also:
Urva kimi istifadə edilən, işlədilən. □ Urvalıq un.
Hörmət, izzət, ehtiram, sayğı; təsir, nüfuz, etibar. □ Keçəl Həmzə sayılmayan, urvatı olmayan bir adam idi. (“Koroğlu”).
Sayılan, hörməti olan, hörmətli, nüfuzlu, etibarlı. □ Bax, Əsəd kişi hamıya yaxşılıq elədi. Ölüsü də urvatlı oldu. (B.Bayramov).
Urvatı, hörməti, nüfuzu olmayan; sayılmayan, hörmətsiz, etibarsız. □ Gör nə qədər urvatsızıq ki, Qəni bəyin evinin yanmasında da bizdən şübhələnirlər. (Ə.Vəliyev).
Tarix. Çar Rusiyasında qəza polisinin aşağı rütbəli xidmətçisi. □ Uryadnik atını İskəndərin üstünə şığıdaraq qışqırdı: – Biyara! (M.Hüseyn).
1. Arxaizm. Ağıl, kamal, zəka, dərrakə, fərasət, idrak. 2. Arxaizm. Ədəb, tərbiyə.
Usandıran, bezdirən, bıqdırıcı, bezikdirici, yorucu, üzücü. □ Cırcıramaların usandırıcı səsi ətrafı bürümüşdü. (Ə.Vəliyev).
Bax: usandırmaq.
Təngə gətirmək, bezdirmək, bıqdırmaq; yormaq, üzmək. □ Məni candan usandırdı, cəfadan yar usanmazmı? (M.Füzuli).