Bax: umsunmaq.
Ümidi boşa çıxmaq, aldanmaq, umsuq olmaq, gözü qalmaq, ümidində aldanmaq.
Bax: umsutmaq.
Umsuq etmək, umsuq qoymaq, ümidini boşa çıxarmaq; umsundurmaq.
Umma, küsmə, incimə, şikayətlənmə, giley. □ Töhmətdən çox umu-küsüyə bənzəyən bu sözləri deyərkən səsi titrədi. (M.Hüseyn).
Bax: umulmaq.
“Ummaq” feilinin məchul növü. □ Söylə, gözəllərin dodaqlarından; Bu oynaq gülüşlər umulmuşmudur? (M.Müşfiq).
Çiyin. □ Yun şalını umuzundan alıb kreslonun söykənəcəyinə buraxdı. (Ə.Əbülhəsən).
Bax: umuzdurmaq.
Umsuq etmək, umsutmaq.
1. Taxıl bitkiləri dənlərinin toz halına salınmış məhsulu. □ Buğda unu. Qarğıdalı unu. Un çuvalı.
2. Toz halına salınmış heyvan sümüyü, ya mineral maddə. □ Sümük unu. Fosfor unu.
See also:
İttifaq, birlik.
Kanalizasiyası olan evlərin ayaqyollarında (tualetlərində) çirkabların axıb getməsi üçün xüsusi quruluşlu çanaq.
“Universal mağaza” söz birləşməsinin ixtisar forması. □ Mərkəzi şəhər univermağı.
1. Biliyin ən müxtəlif sahələrinə bələdlik, hərtərəfli məlumatı olma; hərtərəflilik, hərcəhətlilik.
2. Universal şeyin hal və keyfiyyəti. □ Maşının universallığı.