1. Ulama səsi çıxarmaq. □ İt ulayır. Bayquş ulayır.
2. Ulama səsinə bənzər səs çıxarmaq; vıyıldamaq, uvuldamaq. □ Kəsməyib xəzri hələ, ac canavartək ulayır. (S.Rüstəm).
3. Səslə ağlamaq, zarıldamaq. □ Nə ulayırsan, bəsdir! Bu uşaq nə üçün səhərdən belə ulayır?
See also:
1. Öz təbiəti etibarilə günəşə bənzəyən və gecələr göydə parıldayaraq nöqtə kimi görünən göy cismi. □ Göydə ulduzlar parlayır.
2. Məcazi mənada: hər hansı bir sahədə məşhur, tanınmış şəxs haqqında. □ Elm aləminin məşhur ulduzları. Kino ulduzu (ən məşhur kinoartist). Futbol ulduzu.
3. Dairə üzrə bərabər ucuşiş çıxıntıları olan həndəsi cisim; mərkəzdən çıxan şüaları olan fiqur; həmin fiqur şəklində olan şey. □ Beşguşəli ulduz. Ulduz şəkli çəkmək.
4. Həmin şəkildə olan fərqlənmə nişanı. □ Marşal ulduzu.
5. Təşbehlərdə: parlayan şey haqqında. □ Araz öz adını elə cəsarətlə dedi ki, fəhlələrin gözləri onun ulduz kimi yanan parlaq gözlərinə dikildi. (A.Şaiq).
See also: