Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

ufologiya [ufalogiya] isim ing. UFO Unknown Flying Objectabr. uçan naməlum obyekt

Başqa planetdən gəldiyi ehtimal edilən naməlum uçan obyekt və onlarla bağlı hadisələri öyrənən elm sahəsi. □ Ufologiya tədqiqatçısı.

Azərbaycan dilinin izahlı lüğəti

uik-end [uik'-ent] isim ing. week-end < week – həftə + end – son

Həftəsonu, istirahət günləri; şənbədən bazar ertəsinə qədər istirahət məqsədilə, adətən, şəhər kənarına edilən səfər. □ Uik-end keçirmək.

Azərbaycan dilinin izahlı lüğəti

ultimatum [ultimatum] isim lat. ultimus – işi sona çatdırma, sonuncu, axırıncı

Bir dövlətin başqa dövlət qarşısında müəyyən şərtlərin yerinə yetirilməsi ilə bağlı qoyduğu qəti tələb. □ Ultimatumun yerinə yetirilməməsi daha güclü təsir tədbirlərinin (boykot, embarqo və s.) tətbiqinə səbəb ola bilər.

Azərbaycan dilinin izahlı lüğəti

ultra... [ultra] lat. ultra – daha uzaqda, daha çox, artıq

Bir sıra sözlərə qoşularaq “həddən artıq”, “ifrat” mənalarını bildirən sözönü; məs.: ultrasəs, ultramüasir.

Azərbaycan dilinin izahlı lüğəti

uni... [uni] lat. unus (uni) – bir, tək, vahid

Eynilik, vahidlik bildirən bir sıra sözlərin tərkib hissəsi; məs.: uniforma, unison və s.

Azərbaycan dilinin izahlı lüğəti

unifikasiya [unifik'asiya] isim uni… + lat. facere – edirəm

Eyni funksiyalı obyektlərin (elementlərin) vahid şəklə, formaya salınması. □ Lüğətdə izahların unifikasiyası.

Azərbaycan dilinin izahlı lüğəti

uniforma [uniforma] isim uni... + lat. forma – zahiri görünüş

Bir sahəyə, şirkətə aid olan vahid geyim forması. □ Hərbi uniforma. Məktəbli uniforması.

Azərbaycan dilinin izahlı lüğəti

unikal [unik'al] sifət lat. unicum – bənzərsiz, müstəsna

Qeyri-adi, əlahiddə keyfiyyətlərə malik olan; nadir, yeganə, misilsiz, bənzərsiz, müstəsna. □ Unikal sənət əsəri.

See also:

jurnalistika: unikal istifadəçi jurnalistika: unikal host Azərbaycan dilinin izahlı lüğəti

unison [unison] isim it. unison < lat. unus – tək + sonus – səs, zəng

1. Musiqi. Eynisəslilik, səs uyğunluğu, iki və daha çox alətin eyni səs çıxarması və ya bir neçə ifaçının eyni notda oxuması. □ Unison ifa.

2. Fizika. İki titrəyiş mənbəyində tezliklər bərabərliyi.

3. Məcazi mənada: fikir eyniliyi, yekdillik. □ Unison düşüncə.

Azərbaycan dilinin izahlı lüğəti

unitar [unitar] sifət fr. unitaire – birlik < lat. unito – ittifaq

Bütöv, vahid, mərkəzləşmiş (dövlət). □ Unitar dövlət.

See also:

coğrafiya: unitar dövlət Azərbaycan dilinin izahlı lüğəti

universal [universal] sifət lat. universalis – ümumi, bütöv

1. Bir çox məqsədlər üçün yararlı, müxtəlif işlərdə istifadə edilə bilən, müxtəlif vəzifələr görə bilən. □ Universal maşın.

2. Bir çox ixtisaslara yiyələnmiş, müxtəlif sahələrdən başı çıxan adam. □ Universal işçi.

3. Coğrafiya. Astronomiya. Həm şaquli, həm də üfüqi səthdə bucaqları ölçmək üçün alət.

See also:

jurnalistika: universal jurnalist jurnalistika: universal jurnalistika nəzəriyyəsi jurnalistika: universal telekommunikasiya xidməti Azərbaycan dilinin izahlı lüğəti

unsiya [unsiya] isim lat. uncia – ölçmək

1. Metrik sistem qəbul olununa qədər bir sıra ölkələrdə istifadə edilən çəki ölçü vahidi (28,35 qramdan 29,86 qramadək) və metal pul. □ Rus unsiyası. Roma unsiyası.

2. Müasir dövrdə qiymətli metalların (qızıl, gümüş və s.) kütləsini qiymətləndirmək üçün beynəlxalq standart kimi qəbul edilmiş ölçü vahidi. □ Qızılın bir unsiyası.

Azərbaycan dilinin izahlı lüğəti

uran [uran] isim yun. Uranos – qədim yunan mifologiyasında göy (səma) ilahı

Kimya. Aktinoidlər ailəsinə aid olan radioaktiv kimyəvi element. □ Uran atom enerjisi almaq üçün əvəzsiz xammal hesab edilir.

Azərbaycan dilinin izahlı lüğəti

urbanizasiya [urbanizasiya] isim latın

Coğrafiya. Əhalinin və iqtisadi həyatın şəhərlərdə cəmləşməsi prosesi; cəmiyyətin inkişafında şəhərin rolunun artması. □ Urbanizasiya prosesi.

See also:

coğrafiya: yalançı urbanizasiya Azərbaycan dilinin izahlı lüğəti

urologiya [uralogiya] isim yun. uron – sidik + ...logiya

Tibb. Tibb elminin sidik sistemi xəstəlikləri və onların müalicə və profilaktikası ilə məşğul olan sahəsi. □ Urologiya şöbəsi.

Azərbaycan dilinin izahlı lüğəti