1. Rəssamlıq. Şəkil, rəsm, iri şəkil. □ Güldanın üzərində Bağdad həyatının cürbəcür tabloları var idi. (M.S.Ordubadi).
2. Nəzarət altında olan obyektlərin vəziyyətini göstərmək üçün üzərində işıq və ya elektromaqnit göstəricilər olan siqnal (işarə) lövhəsi.
1. Bir yerdən başqa yerə köçən qaraçı dəstəsi, habelə onların düşərgəsi, at-arabası.
Dağların ətəyində yerləşən üzüm bağlarının kənarında köçəri qaraçı taboru dincəlir.
2. Arxaizm. Qədimdə istehkam halına gətirilmiş kazak düşərgəsi (at-arabaları ilə bir yerdə).
3. Hərb. Arxaizm. Batalyon. □ Mirbalayev tabora “azad” komandası verdi. (M.Hüseyn).