1. Cümlədə arzu bildirən hissəcik. □ Təki çalan olsun, oynayan tapılar. (Atalar sözü).
2. Kaş, kaş ki. □ Təki .. Gövhərdən, Hacıyevdən bir xəbər biləydi. (Ə.Əbülhəsən).
3. Qoşma kimi: bənzərlik, oxşarlıq bildirir: ...kimi. □ Suya gedən ikidi; Saçı məxmər təkidi; Allah, məni su elə; Su gözəllər yüküdü. (Bayatı).