1. İşlərin düzgünlüyünü və qanuni olub-olmadığını yoxlamaq məqsədilə hər hansı idarə və ya vəzifəli şəxsin fəaliyyətinin təhqiq edilməsi, yoxlanması. □ Bürcəliyev açılmış qapıdan təftiş heyəti işləyən otağı dinlədi. (S.Rəhimov).
2. Hər hansı dünyagörüşünün və ya nəzəriyyənin əsasını sarsıtmaq və ya təhrif etmək məqsədilə onun müddəalarını nəzərdən keçirmə.
1. İnqilabi marksizmin siyasi, fəlsəfi və iqtisadi əsaslarını təftiş etmək, yenidən nəzərdən keçirmək və ya təhrif etmək, onları kapitalizmin xeyrinə, sosialist inqilabının və proletar diktaturasının zərərinə olaraq dəyişmək məqsədini güdən məfkurəvi-siyasi cərəyan.
2. Hər hansı bir dünyagörüşünü, nəzəriyyəni təftiş edən cərəyan.