Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

totalitarizm [tatalitarizm] isim fr. totalitaire < totaliser – cəmləmək, yekun vurmaq

Politologiya. Dövlətin cəmiyyət üzərində tam nəzarətinə əsaslanan avtoritar idarəçilik forması. □ Totalitarizm sistemi.

Azərbaycan dilinin izahlı lüğəti

totalizator [tatalizator] isim fr. totalisateur, totaliser – cəmləmək, yekun vurmaq

İdman (xüsusilə cıdır) yarışlarında hər hansı yarış iştirakçısı üçün mərc pul qoyuluşu; bu pulun ümumi məbləğini və paylanmasını göstərən sayğac. □ Totalizator oyunları.

See also:

Azərbaycan dilinin izahlı lüğəti

totem [totem] isim ing. totem – hindu dilində “onun kökü, soyu” mənasını verir

Bir çox ibtidai tayfa və qəbilələrin sitayiş etdiyi və nəslin əcdadı və ya xilaskarı saydığı heyvan (bəzən də bitki, əşya və ya təbiət hadisəsi). □ Bozqurd totemi.

Azərbaycan dilinin izahlı lüğəti

trafaret [trafaret] isim it. traforettohərf. dəlmə-deşik edilmiş

1. Metal, karton və ya plastik materialdan düzəldilmiş qəlib, klişe, şablon. □ Gül trafareti.

2. Yeni və orijinal olmayan, şablon; hər hansı bir nümunənin dəyişdirilmədən eynilə təkrar edilməsi. □ Trafaret düşüncə.

Azərbaycan dilinin izahlı lüğəti

traktat [trak'tat] isim lat. tractatus – mühakimə

1. İctimai-fəlsəfi mövzuda mühakimə xarakterli elmi əsər. □ Fəlsəfi traktat.

2. Politologiya. Beynəlxalq müqavilə, saziş, bağlaşma.

Azərbaycan dilinin izahlı lüğəti

tramplin [trampilin] isim fr. tremplin – ayaqaltı

1. İdman. Gimnastika, suya tullanma və s. idman növlərində idmançının daha yüksəyə (xizək idmanında daha uzağa) tullanması üçün qurğu. □ Tramplindən tullanmaq.

2. Məcazi mənada: şəxsin daha uğurlu karyera qurmasına imkan verən iş, təkan. □ Tramplin rolunu oynamaq.

Azərbaycan dilinin izahlı lüğəti

trans... [trans] lat. trans – arxasından, üzərindən

Hərəkət, keçid bildirən bir sıra sözlərin tərkib hissəsi; məs.: transplantasiya, transliterasiya və s.

Azərbaycan dilinin izahlı lüğəti

transfer [transfer] isim lat. transfero – yerini dəyişirəm

1. Maliyyə. Maliyyə vəsaitinin bir bank hesabından digərinə köçürülməsi; qiymətli kağıza sahiblik hüququnun bir şəxsdən digərinə verilməsi. □ Pul transferi.

2. İdman. İdmançının bir komandadan başqasına keçməsi. □ Transfer idman klubları və idmançı arasında üçtərəfli razılıq yolu ilə icra edilir.

Azərbaycan dilinin izahlı lüğəti

transformasiya [transfarmasiya] isim lat. transformatio – çevrilmə, dəyişmə < trans... + formatio – növ, yaranma, forma

Mühüm xassələrin, forma və görünüşün dəyişdirilməsi, çevrilməsi; metamorfoz. □ İqtisadi transformasiya.

Azərbaycan dilinin izahlı lüğəti

transkripsiya [transk'ripsiya] isim lat. transcriptio – yazmaq, köçürmək < trans... + scribo – çəkirəm, yazıram

1. Dilçilik. Sözlərin orfoepik qaydalara uyğun yazılışı, tələffüz forması. □ Sözlərin transkripsiyası.

2. Musiqi. Bir alət və ya səs üçün yazılmış musiqi əsərinin başqa alətdə və ya səslə ifa etmək üçün uyğunlaşdırılması. □ Simfonik əsərin fortepiano üçün transkripsiyası.

Azərbaycan dilinin izahlı lüğəti

transliterasiya [transliterasiya] isim trans... + lat. litera – hərf

Dilçilik. Bir əlifba ilə yazılmış mətnin başqa yazı sistemindəki hərflərlə verilməsi; məs.: rusca вертолет – azərbaycanca vertolyot. □ Mətnin transliterasiyası.

Azərbaycan dilinin izahlı lüğəti

translyasiya [translyasiya] isim lat. translatio – ötürmək, yaymaq

1. Adətən, studiyadan kənarda keçirilən hər hansı kütləvi tədbirin televiziya, radio, internetlə canlı yayımlanması. □ Futbol matçından translyasiya.

2. Elektrik rabitəsində: rabitə traktının aralıq məntəqələrində məftillə yayılan elektrik siqnallarının və ya radiosiqnalların qəbulu və sonradan onların mənbədən qəbulediciyə ötürülməsi prosesi.

3. Məftillə veriliş prosesinin çoxişlənən (köhnəlmiş) adı.

See also:

jurnalistika: hadisənin translyasiyası jurnalistika: kabel translyasiyası Azərbaycan dilinin izahlı lüğəti

transplantasiya [transplantasiya] isim lat. transplantare – köçürülmə

Tibb. Toxuma və orqanların bir orqanizmdən başqasına, yaxud orqanizmin özündə bir nahiyədən başqa nahiyəyə köçürülməsi. □ Böyrək transplantasiyası.

Azərbaycan dilinin izahlı lüğəti

tranzit [tranzit] isim lat. transitus – keçid, keçmə, keçilmə

Sərnişinin və ya yükün bir məntəqədən ara məntəqələri keçməklə digər məntəqəyə daşınması. □ Tranzit mallar.

See also:

coğrafiya: tranzit çay Azərbaycan dilinin izahlı lüğəti

trauler [trauler] isim ing. trawler

Nəqliyyat. Xüsusi torla – tralla balıq ovu üçün nəzərdə tutulan dəniz gəmisi; su nəqliyyat növü. □ Balıqçı trauleru.

Azərbaycan dilinin izahlı lüğəti