Bab, bərabər, münasib, misl. □ Taylı tayın tapmasa, günü ah-vayla keçər. (Atalar sözü).
1. Tək, bir. □ Öküzün taydı, işin aydı. (Atalar sözü).
2. Ümumiyyətlə, qoşa şeylərdən hər biri. □ Qırılmış cilovun, taydır üzəngin. (M.Rahim).
3. Eyni mənada ayaqqabı, corab, əlcək və s. haqqında. □ Əlcəyin tayı.
4. Eyni mənada qapı, pəncərə haqqında; lay. □ Yunis qapının bir tayını açanda iri bir şəkil gözünə sataşdı. (Mir Cəlal).
1. Kisəyə, yeşiyə və s.-yə qablaşdırılmış yük. □ Hər birinə ağır taylar çatdılar. (Q.Zakir).
2. Üst-üstə yığılmış ot, taxıl, saman, odun və s. qalağı (yığını). □ Küləş tayı.
1. Bir yeri iki hissəyə bölən şeyin tərəflərindən biri. □ O tayda qurdu gördüm; Sıçradı, durdu gördüm; Kor olaydı gözlərim; Sən gəzən yurdu gördüm. (Bayatı).
2. Eyni mənada dağ, dərə və s. haqqında. □ Rübabə dərənin o tayında, lap aşağıda qarda yüyürən bir adam gördü. (Mir Cəlal).
3. Eyni mənada çay, göl, dəniz və s. haqqında; sahil, tərəf, yan. □ ..Girdiman torpağının sərhədi Kür çayının o tayından başlanır. (M.Hüseyn).
“Ta” sözünün danışıq dilində işlənən forması. □ Hökumət adamları Nəbinin dalıncan tay kəndə gəlmirdilər. (“Qaçaq Nəbi”).
See also:
Üst-üstə yığılmış ot, taxıl, saman, odun və s. qalağı (yığını). □ Köpək taya dibində yatar, elə bilər öz hünəridir. (Atalar sözü).
See also: