1. Bir hadisənin baş verdiyi, cərəyan etdiyi vaxt; keçmiş həyata aid olub adamların hafizəsində qalmış fakt və hadisələrin məcmusu. □ ..Şanlı tariximiz görməmiş ləkə; Zəfərlər qazanmış bu şanlı ölkə! (A.Şaiq).
2. İnkişaf prosesindəki gerçəklik. □ Tarixin qanunları. Tarixin dialektikası. Tarixin gedişi.
3. İnsan cəmiyyətinin inkişafı haqqında elm. □ Azərbaycan tarixi. Orta əsrlər tarixi.
4. Həmin fənnə aid kitab, dərslik, dərs. □ Tarix kitabı.
5. Bir şəxs və ya şeylə bağlı olan fakt və hadisələrin tarixcə məcmusu. □ Sumqayıt şəhərinin tarixi.
6. Bir hadisənin, şeyin inkişafının gedişi, ardıcıl inkişafı. □ Yer qabığının təşəkkül tarixi. Hadisələrin inkişaf tarixi.
7. Təbiətin, mədəniyyətin, elmin hər hansı bir sahəsinin ardıcıl inkişaf və dəyişməsini öyrənən elm. □ Musiqi tarixi. Ədəbiyyat tarixi.
8. Əhvalat, hekayə, rəvayət. □ Tarixi gözdən keçirmək.
9. Keçmiş. □ ..Bu şux zahirin də faciəli bir tarixi var. (Y.V.Çəmənzəminli).
10. Bir hadisənin dəqiq təqvim vaxtı. □ Doğum tarixi.
11. Sənəddə, məktubda və s.-də onun yazılması vaxtı haqqında qeyd (il, ay, gün). □ Teleqramın tarixi. Əmrin tarixi.
See also:
1. Həqiqətən olmuş, həqiqətə uyğun olan, uydurma olmayan. □ Tarixi fakt. Tarixi şəxsiyyət. Tarixi şərait.
2. Tarix üçün əhəmiyyəti olan, tarixə daxil olmuş; əhəmiyyətli, əlamətdar. □ Tarixi qurultay.
3. Tarixdə olmuş hadisəyə əsaslanan, tarix əsasında qurulmuş, tarixdən götürülmüş. □ Tarixi roman. Tarixi dram.
4. Hadisələrə, onların törəmə və inkişafı baxımından yanaşan, baxan, tədqiq edən. □ Müasir dil faktlarının tarixi izahı. Hadisələrə tarixi baxış.
5. Hadisələri, ardıcıl inkişafı baxımından tədqiq edən, öyrənən. □ Tarixi coğrafiya.
6. Cəmiyyətin inkişafının müəyyən mərhələsi ilə bağlı olan; daimi olmayan, keçici. □ Tarixi kateqoriya.
7. Tarixdən əvvəlki dövrlərə deyil, maddi abidələrin qaldığı dövrə aid olan. □ Xalqın həyatının tarixi dövrü.
See also:
1. Hər hansı bir şey və ya hadisənin törəməsinin və inkişafının, onu doğuran konkret tarixi şəraitlə bağlı olaraq öyrənilməsi, hadisələrə tarixi yanaşma prinsipi.
2. Tarixi faktlarla uyğunluq, tarixən dəqiq və düz olma. □ Tarixi romanda tarixilik prinsipinə riayət etmək əsas şərtdir.