Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

tapmaq [tapmax] feil

1. Axtarış, aramaq nəticəsində meydana çıxarmaq, üzə çıxarmaq, əldə etmək. □ Dərdini gizlədən davasını tapmaz. (Atalar sözü).
2. Eyni mənada adam haqqında. □ Axır gəlib səni tapdım, maralım, maralım, dilbilməz! (Ü.Hacıbəyli).
3. İtirdiyi və ya bir yerdə unutduğu şeyi təzədən əldə etmək, özünə qaytarmaq. □ İtirdiyi pulu tapmaq.
4. Eyni mənada itkin düşmüş və ya yeri məlum olmayan adam haqqında. □ Oğlunu tapmaq.
5. Əldə etmək, ələ keçirmək. □ ..Biz bu kənddə iki nəfər kimsəsiz... yavan çörək, onu da güclə tapırıq.. (C.Cabbarlı).
6. Xüsusi tədqiqat, araşdırma, axtarış nəticəsində aşkara çıxarmaq, açmaq, kəşf etmək. □ Qazdan kauçuk almaq üsulunu tapmaq.
7. Hesablayaraq, fikirləşərək bir şeyin nəticəsini, cavabını müəyyən etmək, əldə etmək. □ Məsələnin cavabını tapmaq.
8. Çox axtararaq axırda əldə etmək; tapıb almaq. □ Ayağıma, nəhayət, ayaqqabı tapdım. 
9. Məcazi mənada: görmək, hiss etmək. □ Tahir bu balacaboy uşağın varlığında suçu uşaqların kədər və iztirablarını tapırdı. (S.Rəhimov).
10. Məcazi mənada: birini hər hansı bir vəziyyətdə, halda görmək. □ Atasını xəstə halında tapdı.
11. Məcazi mənada: əldə etmək, nail olmaq. □ ..illərdən bəri arzuladığı “normal” həyatı tapmışdı. (Mir Cəlal).
12. Danışılan bir sözə və s.-yə istehzalı münasibət bildirir. □ Tərifləməyə adam tapdınız!

See also:

frazeologizm: ayaq qoymağa yer tapmamaq frazeologizm: baş tapmaq frazeologizm: çöldən tapmamışam ki frazeologizm: çörək tapmamaq frazeologizm: damarını tutmaq (tapmaq) frazeologizm: dil tapmaq frazeologizm: əlac qılmaq (tapmaq) frazeologizm: haqqın yolunu tapmaq frazeologizm: xeyir tapmaq frazeologizm: imkan tapmaq frazeologizm: kələfin ucunu tapmaq frazeologizm: qəlbinə yol tapmaq frazeologizm: qərar tutmaq (tapmaq) frazeologizm: özünə yer tapa bilməmək frazeologizm: şəfa tapmaq frazeologizm: taylı tayını tapmaq frazeologizm: təsəlli tapmaq frazeologizm: toxtaqlıq tapmaq frazeologizm: udqunmağa vaxt tapmamaq frazeologizm: ümumi dil tapmaq frazeologizm: ürəyinə yol tapmaq frazeologizm: yumşaq damarını tutmaq (tapmaq) frazeologizm: zəif damarını tutmaq (tapmaq) Azərbaycan dilinin izahlı lüğəti