1. Zoologiya. Döş hissəsi sarı olan quş, at və s.
2. Sifət kimi: döş hissəsi sarı olan. □ Sarıdöş alnının ortasında boz zolaq olan qaşqa kəhər burnundan buxar çıxa-çıxa onlara yaxınlaşanda, Maya yəhərin üstündə oturmuş Salmanı tanıdı. (M.İbrahimov).
Bax: sarmaq.
Parça üzərində güləbətinlə işlənmiş incə naxış, bəzək. □ ... yeridikcə köynəklərinin ətəklərinə, küləcələrinin yaxalarına tikdikləri sarmalar, gümüş pullar səslənirdi. (Ə.Abasov).
Coğrafiya. Baykal gölü üzərində sahilboyu dağ silsiləsindən əsən şimal-qərb istiqamətli bora tipli yerli külək.
Azərbaycan dilinin izahlı lüğəti