1. Şöhrət, nüfuz, hörmət, şan-şərəf (adətən ad-san şəklində işlənir).
2. Ədəd, rəqəm.
3. Miqdar, kəmiyyət.
4. Arxaizm. Təlim, yürüş. □ Artıq İsfahan kəndində qoşuna san verildiyi zaman ordunun üç min nəfər atlıdan ibarət olduğu məlum oldu. (M.S.Ordubadi).
5. Sanki. □ Vurur, yıxır, dağıdır, sındırır, ucaldır səs; Bəşər vücudun san göstərir ədavətini. (C.Cabbarlı).
See also:
1. Ağır, bərk, möhkəm, qurs. □ Daş balaca idi, amma çox ağır, çox da sanballı idi. (“Koroğlu”).
2. Güclü, təsirli, dərin, ciddi. □ Sanballı ifadə. Sanballı cümlə işlətmək.
3. Məcazi mənada: təmkinli, ciddi, ağır, ağırbaşlı. □ ...özünü camaat arasında çox sanballı aparardı.
4. Yaşlı, abırlı, hörmətli; adlı-sanlı, hörmətli, mötəbər. □ Sanballı adam. Sanballı alim.
5. Məcazi mənada: əsaslı, böyük, dərin, ciddi. □ Sanballı musiqi əsəri. Sanballı kitab.