Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

sabotaj [sabataj] isim fr. sabotage – saxlamaq, getməyə qoymamaq

Bilərəkdən bir işi pozmaq cəhdi; təxribat. □ Sabotajın qarşısını almaq.

Azərbaycan dilinin izahlı lüğəti

sadist [sadist] isim fr. – yazıçı Markiz de Sadın adı ilə

Xüsusi qəddarlıq; qəddarlığa və əzab verməyə qeyri-normal həvəs, ehtiras; kiməsə verdiyi əzabdan həzz almaq. □ Sadist davranış.

Azərbaycan dilinin izahlı lüğəti

safari [safari] isim ər. səyahət

1. Afrikada vəhşi heyvanların ovlanmasına icazə verilən qoruq, ov yeri. □ Safariyə səyahət.

2. Yüngül parçadan hazırlanan, düzxətli tikişləri və cibləri olan xüsusi geyim. □ Safari köynək.

Azərbaycan dilinin izahlı lüğəti

saqa [saqa] isim island. saga – söyləmək, nəql etmək

Ədəbiyyatşünaslıq. Skandinaviya xalqlarının ədəbiyyatında epik janr; epos, dastan. □ Vətən haqda saqa.

Azərbaycan dilinin izahlı lüğəti

salavat [salavat] isim ər. – mədh, təqdir etmək

Bir şeyi öymək, mədh etmək; bir hərəkəti təqdir etmək, dua etmək. □ Salavat çevirmək.

Azərbaycan dilinin izahlı lüğəti

salto [salto] isim ital. salto – atılma, hoppanma

İncəsənət. İdman. Akrobatika və gimnastikada xüsusi hərəkət növü; havada mayallaq. □ Salto vurmaq.

Azərbaycan dilinin izahlı lüğəti

sammit [sammit] isim ing. summithərf. yüksəklik, yuxarı olan

Dövlət rəhbərləri və hökumət başçılarının iştirakı ilə keçirilən ali yığıncaq; zirvə toplantısı. □ Türkdilli dövlətlərin sammiti.

Azərbaycan dilinin izahlı lüğəti

samuray [samuray] isim yap. samuray – xidmət etmək

Yapon döyüşçüsü; orta əsrlərdə Yaponiyada hərbi-feodal silkinin, ali zadəgan təbəqəsinin nümayəndəsi. □ Avropa zadəganından fərqli olaraq samuray qoruduğu və bütün varlığı ilə sadiq qaldığı ağasından asılı idi.

Azərbaycan dilinin izahlı lüğəti

sanksiya [sank'siya] isim lat. sanctio – qadağan etmək, qərar

1. Hüquq. Hüquq qaydalarını pozana qarşı tətbiq olunan cəza tədbiri. □ Maliyyə sanksiyası.

2. Hüquq. Hansısa hərəkətin icrası üçün yazılı icazə, razılıq. □ Prokurorun sanksiyası.

See also:

jurnalistika: maliyyə sanksiyası Azərbaycan dilinin izahlı lüğəti

sanqvinik [sanqvinik'] isim lat. sanguis (sanguinis) – qan

Psixologiya. Dörd temperament növündən biri; yüksək psixi fəallığı ilə seçilən, emosional, çevik, şən adam. □ Sanqvinik temperamenti.

Azərbaycan dilinin izahlı lüğəti

sarkofaq [sark'afak'] isim yun. sarkophagoshərf. ətyeyən

Tarix. Qədim xalqlarda (Misirdə və s.) tabut, kiçik sərdabə; müəyyən memarlıq üslubu və bədii tərtibatı olan hər hansı qəbir. □ Sarkofaq qalıqları.

Azərbaycan dilinin izahlı lüğəti

satellit [satellit] isim lat. satelles (satellitis) – yol yoldaşı, cığırdaş, cangüdən

1. Tarix. Qədim Romada öz ağasını müşayiət edən, qoruyan muzdlu əsgər. □ Cəsur satellit.

2. Politologiya. Formal cəhətdən müstəqil, amma başqasına – özündən güclü olan digər bir ölkəyə tabe dövlət. □ Satellit ölkə.

3. Astronomiya. Hansısa planetin peyki. □ Yupiterin satelliti.

4. Elektrotexnika. Planetar ötürücünün mütəhərrik oxlu dişli çarxı.

5. Geologiya. Nisbətən kiçik intruziv kütlə; böyük dərinlik intruzivlərinin (məs.: batolit, ştok və s.) zoğları və ya qolları.

Azərbaycan dilinin izahlı lüğəti

saundtrək [saundtrək'] isim ing. soundtrack < sound – səs + track – iz

Musiqi. Kinofilmə, seriala, televiziya və estrada tamaşasına və s.-yə yazılmış fonoqram; səs cığırı. □ Saundtrək, adətən, filmə yazılmış məşhur musiqidən və kiçik dialoq parçalarından ibarət olur.

Azərbaycan dilinin izahlı lüğəti

savanna [savanna] isim ispan

Coğrafiya. Tropik qurşaqda yerləşən, seyrək ağacları və kolluqları olan geniş düzənlik. □ Savanna heyvanları.

Azərbaycan dilinin izahlı lüğəti