Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

rebrendinq [rebrendinq] isim latın

Jurnalistika. Brendin dəyişdirilməsi, yenisi ilə əvəz olunması; bu məqsədlə həyata keçirilən tədbirlər kompleksi.

Azərbaycan dilinin izahlı lüğəti

radiodalğa [radiyodalğa] isim latın

Jurnalistika. İnformasiya siqnallarının müəyyən məsafəyə simsiz ötürülməsi üçün istifadə olunan elektromaqnit şüaları.

Azərbaycan dilinin izahlı lüğəti

radiofilm [radiyofilm] isim latın

Jurnalistika. Əsasən, mühüm ictimai-siyasi olaya, əla­mətdar tarixi hadisəyə həsr olunan və sə­nədli materiallar (səslər) üzərində qurulan irihəcmli veriliş növü.

Azərbaycan dilinin izahlı lüğəti

radioqəzet [radiyoqəzet] isim latın

Jurnalistika. Efirə verilməsi üçün operativ səbəbi olan, əsasən, informasiya və təb­li­ğat-təş­viqat xarakterli materiallardan ibarət radio verilişi formatı.

Azərbaycan dilinin izahlı lüğəti

radiojurnal [radiyojurnal] isim latın

Jurnalistika. Məzmununa və süjet xəttinə görə bir-biri ilə bağlı olmayan ayrı-ayrı bitkin ­reportaj, oçerk, müsahibə və söhbətlərin məcmusundan ibarət radio verilişi formatı.

Azərbaycan dilinin izahlı lüğəti

radiomikrofon [radiyomikrafon] isim latın/yunan

Jurnalistika. Səs siqnalını qəbul­edi­ciyə yüksəktezlikli radio dalğaları ilə ötürən cihaz.

Azərbaycan dilinin izahlı lüğəti

radiopyes [radiyopyes] isim latın/fransız

Jurnalistika. Xüsusi olaraq mikrofon qarşısında ifa edilmək, radio stu­di­yasında quruluş verilmək üçün yazılmış ədəbi əsər.

Azərbaycan dilinin izahlı lüğəti

radiosalnamə [radiyosalnamə] isim latın

1. Jurnalistika. Hər hansı prosesin, hadisənin xronoloji ardıcıllıqla uzun müddət radio proqramında işıqlandırılması.

2. Jurnalistika. Hər hansı uzunmüddətli prosesi, hadisəni xronoloji ardıcıllıqla işıq­lan­dıran irihəcmli radio verilişi.

Azərbaycan dilinin izahlı lüğəti

radiotamaşa [radiyotamaşa] isim latın

1. Jurnalistika. Ədəbi-bədii əsərlərin radionun ifadə vasitələrinin köməyi ilə səhnə­ləş­di­rilməsindən, yaxud xüsusi olaraq radio üçün yazılmış pyeslərin səs­ləndiril­məsin­dən ibarət proqram formatı.

2. Jurnalistika. Radionun ifadə vasitələrinin köməyi ilə səhnə­ləş­dirilmiş və səsləndirilən ədəbi-bədii əsər.

Azərbaycan dilinin izahlı lüğəti

radiotutma [radiyotutma] isim latın

Jurnalistika. Hər hansı ölkə ərazisinə yayılan xarici radio kanallarının verilişlərinin kon­kret məqsədlərlə və xüsusi qurğuların vasitəsilə qeydə alınması.

Azərbaycan dilinin izahlı lüğəti

rakord [rak'ort] isim fransız

Jurnalistika. Səsin yazılması üçün maqnit təbəqəyə malik olmayan, fonoqramın ayrı-ayrı bitkin hissə­lərini bir-birindən ayıran lent parçası.

Azərbaycan dilinin izahlı lüğəti

rastr [rastr] isim latın

1. Jurnalistika. Foto və rəsmlərin çapa hazırlanması prosesində təsvirin rəng tonlarını müxtəlif sıxlıqlı nöq­tələrə çevirmək üçün optik vasitə.

2. Jurnalistika. Foto və rəsmlərdə rəng tonlarının müxtəlif sıxlıqlı nöqtələrə çevrilməsi yolu ilə alınmış təsvir.

3. Jurnalistika. Televiziyada: ekrandakı təsviri təşkil edən sə­tirlərin cəmi.

Azərbaycan dilinin izahlı lüğəti

realiti-şou [reyaliti-şou] isim ingilis

Jurnalistika. Konkret süjet xətti, aydın məqsədi və şərtləri olan, iştirakçıları uzun müddət və daim kameranın müşayiəti ­al­tında yaşayan əyləncəli televiziya proq­ra­mı formatı.

Azərbaycan dilinin izahlı lüğəti

refren [refren] isim fransız

1. Jurnalistika. Musiqi əsərinin əsas mövzusu, dəfə­lərlə təkrar olunan parçası.

2. Jurnalistika. Şeirdə bənd­lər arasında təkrarlanan bir və ya bir neçə sətir.

3. Jurnalistika. Məcazi mənada: hər han­sı mate­rialın əvvəlindən axırınadək keçən, tək­rarlanan başlıca ideya, fikir.

Azərbaycan dilinin izahlı lüğəti