1. Dörddə bir; ilin dörddə bir hissəsi; üçaylıq, kvartal. □ Üçüncü rübü tamamlayan bu ay sənaye müəssisəsində ilin axırına necə çıxacağını çox aydın göstərə bilər. (Ə.Sadıq).
2. Bir saatın dörddə bir hissəsinə (15 dəqiqəyə) bərabər vaxt ölçüsü (bəzən “dəqiqə”, “vaxt” mənasında işlənmişdir). □ ..On ikidən bir rüb keçəndə qapını itələdik, açılmadı. (M.İbrahimov).
Azərbaycan dilinin izahlı lüğəti1. Musiqi. Bir çox Şərq xalqları arasında geniş yayılmış simli musiqi aləti. □ Rübabın incə tellərdir, .. min aləm var təranəndə. (S.Vurğun).
2. Məcazi mənada: şairin ilham, yaradıcılıq mənbəyi, simvolu kimi işlənir. □ O indi susursa, inan qırılar; Şeir rübabının ən şaqraq simi. (Ə.Cəmil).
Azərbaycan dilinin izahlı lüğəti1. Arxaizm. Üz örtüyü (qadınlarda). □ Mən aşiq ay camala; Yar əldən, ay, cam ala; Götür üzdən rübəndin; Baxım bir ay camala. (Bayatı).
2. Arxaizm. Məcazi mənada: təşbehlərdə örtü, pərdə mənasında. □ Rübənd tut üzə, dağlar; Gəlməsin gözə dağlar. (Bayatı).
Azərbaycan dilinin izahlı lüğəti