1. İti, cəld addımlarla getmək, çox iti getmək; yüyürmək. □ Düşmən çox olanda qaçmaq da bir igidlikdir. (Atalar sözü).
2. İş yerindən, həbsdən və s. özbaşına getmək, xəlvəti getmək. □ Onuncu sinif şagirdləri dərsdən qaçmaq istəyərkən yaxalandı.
3. Salındığı, yaxud saxlandığı yerdən çıxıb getmək, uzaqlaşmaq. □ İnək tövlədən qaçmışdır.
4. İcazəsiz olaraq qoşulub getmək, evini, ailəsini tərk edib getmək. □ Qız bir oğlanla qaçdı.
5. Çəkinmək, saqınmaq, uzaqlaşmaq, əlaqə saxlamamaq, gözə görünməməyə çalışmaq. □ Pis yoldaşdan qaç. Tanışlardan niyə qaçırsan?
6. Boyun qaçırmaq, imtina etmək, yaxa qurtarmağa çalışmaq. □ Şübhəli müstəntiqin suallarına cavab verməkdən qaçırdı.
7. Getmək, yox olmaq, çəkinmək. □ Yuxusu qaçmaq. Ləzzəti qaçmaq. Rəngi qaçmaq.
See also:
1. İcazə verilməyən, müsaidə edilməyən şey. □ Kənar şəxslərin daxil olması qadağandır!
2. Qadağan etmək, edilməsinə icazə verməmək, qəti surətdə yol verməmək, yasaq etmək. □ Gülsüm on yaşına çatandan sonra atası ona Şəban ilə görüşməyi qadağan etdi. (Ə.Haqverdiyev).
See also: