Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

psixomotor [psixamator] isim yun. psyche – ruh + lat. motor – hərəkətə gətirən

Əzələ hərəkətləri vasitəsilə psixi fəallığın reallaşdırılması. □ Psixomotor bacarıqlar.

See also:

Azərbaycan dilinin izahlı lüğəti

publika [publik'a] isim ing. public < lat. publicus – ictimai

Xalq, camaat, kütlə, auditoriya; “ictimaiyyət” anlayışını özündə ehtiva edən müxtəlif sosial qrupların məcmusu. □ Publikanı əyləndirmək.

Azərbaycan dilinin izahlı lüğəti

publisistika [publisistik'a] isim lat. publicus – ictimai, ümumi

Siyasi və ictimai həyat məsələlərini işıqlandıran ədəbi yaradıcılıq növü və jurnalistika sahəsi. □ Sözün dar mənasında publisistika dövlət və cəmiyyət həyatına həsr olunmuş kəskin mübariz ruhlu ictimai-siyasi və elmi ədəbiyyatdır.

Azərbaycan dilinin izahlı lüğəti

pult [pult] isim alm. pult < lat. pulpitum – taxta səki, körpü, tribuna

1. Elektron cihazları məsafədən idarə etmək üçün qurğu. □ İdarəetmə pultu.

2. Musiqi. Uca ayaqlar üstə duran maili çərçivə şəklində not altlığı. □ Dirijor pultu.

See also:

jurnalistika: mikşer pultu Azərbaycan dilinin izahlı lüğəti

punktual [punk'tual] sifət fr. ponctuel < lat. punctum – nöqtə

Çox dəqiq olan, həddən artıq səliqəli, sahmanlı, intizamlı. □ Punktual adam.

Azərbaycan dilinin izahlı lüğəti

purizm [purizm] isim fr. purisme < lat. purus – təmiz

Dilçilik. Ana dilini öz daxili imkanları hesabına inkişaf etdirmək cəhdi, xarici sözlərə qarşı çıxmaq, dili alınma leksik və qrammatik ünsürlərdən təmizləmək meyli. □ Purizm milli ədəbi dilin təşəkkülü və inkişafının səciyyəvi xüsusiyyətlərindəndir.

Azərbaycan dilinin izahlı lüğəti

putç [putç] isim alm. putsch – qiyam, üsyan

Politologiya. Bir qrup sui-qəsdçinin gerçəkləşdirdiyi dövlət çevrilişi, yaxud belə çevrilişi etməyə göstərilən cəhd. □ Hərbi putç.

Azərbaycan dilinin izahlı lüğəti