Zoologiya. Pələng, şir və s.-nin də daxil olduğu fəsiləyə mənsub (vəhşi növləri də olan) məməli ev heyvanı. □ Pişik öz balasını istədiyindən yeyər. (Atalar sözü).
See also:
1. Mağazada, dükanda satıcı ilə alıcını bir-birindən ayıran, üstündə mal göstərilən və buraxılan, qabaq tərəfi bağlı uzun stol. □ İlyas piştaxtanın üstündən əyilib, divardakı paltarlara diqqətlə baxdı. (Mir Cəlal).
2. Bazarda, bufetdə və s.-də üstündə şey satmaq üçün xüsusi stol. □ Göyərtini piştaxtanın üzərinə düzmək.
Azərbaycan dilinin izahlı lüğəti