1. Getdikcə pis olmaq, keyfiyyətini itirmək, xarablaşmaq. □ Məhsul pisləşib.
2. Maddi və ya mənəvi halı, vəziyyəti daha da xarab olmaq, daha da pis olmaq, ağırlaşmaq, kəskinləşmək, fənalaşmaq. □ Getdikcə Məmməd sövdəgərin əhvalı pisləşirdi. (“Aşıq Qərib”).
Azərbaycan dilinin izahlı lüğəti1. Mənfi keyfiyyət və ya xüsusiyyətlərə malik, verilən tələbləri təmin etməyən, istənilən kimi olmayan, mənfi təsir bağışlayan; yaman,fəna (çoxluq bildirir). □ Pis-pis işlər. Pis-pis hərəkətlər. Pis-pis sözlər.
2. Zərf kimi: mənfi keyfiyyət və ya xüsusiyyətlərə malik, verilən tələbləri təmin etməyən, istənilən kimi olmayan, mənfi təsir bağışlayan; yaman, fəna (çoxluq bildirir). □ Pis-pis danışmaq.
Azərbaycan dilinin izahlı lüğəti1. Patronda barıtı alışdırmaq üçün partladıcı qalpaqcıq. □ Patrona piston qoymaq.
2. Oyuncaq tüfəng və tapançalar üçün içi barıtlı xırda kağız piləkcik. □ Rəngarəng pistonlar.
3. Nasosun içində maye və ya qazı sorub çəkən girdə hissəcik; porşen.
4. Musiqi. Nəfəsli mis musiqi alətlərində qapaqcıq.
Azərbaycan dilinin izahlı lüğəti