1. Mənfi keyfiyyət və ya xüsusiyyətlərə malik, verilən tələbləri təmin etməyən, istənilən kimi olmayan, mənfi təsir bağışlayan; yaman,fəna. □ Pis xətt. Pis hava.
2. Öz işini yaxşı bilməyən, təcrübəsiz. □ Pis usta. Pis təşkilatçı.
3. Ətrafdakılara yaxşı təsir bağışlamayan; kobud, qaba. □ Pis xasiyyət.
4. Bəd, alçaq, rəzil, şərəfsiz, namərd; qeyri-əxlaqi, nalayiq, yaramaz, eyibli, nöqsanlı. □ Pis adam. Pis qonşu. Pis hərəkət.
5. İsim kimi: bəd, alçaq, rəzil, şərəfsiz, namərd; qeyri-əxlaqi, nalayiq, yaramaz, eyibli, nöqsanlı adam. □ Üz vermə nadana, sirr vermə pisə; Axır qəlbin ya inciyə, ya küsə. (Xəstə Qasım).
6. Əzici, üzücü, sıxıcı, ağır, mənhus, xoşagəlməyən; mənfi. □ Pis yuxu görmək.
See also: