1. Birincilər sırasında olaraq hələ tanınmayan yeni bir ölkəyə daxil olmuş və orada məskən salmış adam.
2. Məcazi mənada: elm, mədəniyyət sahəsində yeni bir şeyin əsasını qoymuş adam; təşəbbüsçü. □ Kosmos pionerləri.
Sovet dövründə könüllü uşaq kommunist təşkilatının üzvü. □ Gedir pionerin qızıl dəstəsi; Dağlara əks edir baraban səsi. (S.Vurğun).
Azərbaycan dilinin izahlı lüğəti1. Qoca, çox yaşlı kişi, ixtiyar. □ Pirə ata dedim, cavana qardaş; Ana, bacı bildim qızı, gəlini. (Aşıq Ələsgər).
2. Nitq etiketi. Qoca adama müraciət. □ Ey pir, daha səbrim tükənmiş. (S.S.Axundov).
3. Bir təriqət banisi və ya başçısı.
4. Məcazi mənada: ustad, başçı, müəllim. □ Qıraram dəstəni, vurram nəfəri; Ərənlərin piri yanımda gərək ! (“Koroğlu”).
İlahiyyat. Ocaq, müqəddəs yer, ziyarətgah. □ Bakının ətrafındakı kəndlərin bir qismində bir çox pirlər, ocaqlar, ziyarətgahlar vardı. (H.Sarabski).
See also:
1. Riyaziyyat. Oturacağı çoxbucaqlı və ya üçbucaqlı; yanları isə üçbucaqlı olan həndəsi cisim. □ Dördbucaqlı piramida. Piramidanın yan üzləri.
2. Tarix. Qədim Misir fironlarının həmin şəkildə iri daşlardan qurulmuş çox nəhəng məqbərəsi.
3. Həmin şəkildə üst-üstə yığılmış (qalanmış) şeylər qrupu. □ Bu taxta və sementi səhrada geodeziya piramidaları tikən inşaat briqadalarına göndərirlər. (Ə.Sadıq).
4. Sirkdə adamların bir neçə sıra bir-birinin üstündə durmasından ibarət gimnastik və ya akrobatik fiqur.
5. Bilyard oyununda oyunun başlanğıcında üçbucaq şəklində düzülən şarlar. □ Şarları piramida düzmək.
See also: