1. Üstündə xörək bişirmək və ya evi qızdırmaq üçün ağneftlə yanan fitilli cihaz; kerosinka. □ Səriyyə pilətənin üstündəki xörəyi qarışdırmağa getdi. (M.Hüseyn).
2. Üstündə xörək bişirmək və ya evi qızdırmaq üçün işlədilən elektrik və ya qaz cihazı. □ Elektrik pilətəsi.
Azərbaycan dilinin izahlı lüğəti1. Pilləkənin çıxarkən və ya düşərkən ayaq qoyulan üfüqi hissələrindən hər biri. □ Ləman ucadan gülüb, bir neçə pillə qalxdı... (H.Seyidbəyli).
2. Pillələr şəklində (cəmdə) – pilləkən. □ Çatıb evə, pillələri; Birnəfəsə çıxır Reyhan. (M.Dilbazi).
3. Məcazi mənada: inkişafın dərəcəsi, mərhələsi. □ İnkişafın yüksək pilləsi.
4. Məcazi mənada: mərtəbə, səviyyə, dərəcə. □...hesabdarlıqdan bir pillə yuxarı qalxmaq fikrində idi. (M.İbrahimov).
5. Hissə. □ Raket bir neçə pillədən ibarətdir.
See also:
1. Pillələri bir-bir çıxaraq və ya düşərək. □ Pilləkəni pillə-pillə çıxmaq.
2. Mərtəbə-mərtəbə. □ Qayalıqlı dağın ətəyində pillə-pillə salınmış kəndin bomboz evləri... (M.Rzaquluzadə).
3. Məcazi mənada: tədricən, yavaş-yavaş. □ Ucalırıq pillə-pillə; Boy atırıq qarış-qarış. (B.Vahabzadə).
Azərbaycan dilinin izahlı lüğəti1. Uçucu aparatları idarə etmə məharəti; təyyarə ilə manevr etmə. □ Yüksək pilotaj.
2. Hər hansı layihənin kütləvi tətbiqindən əvvəl aparılan araşdırma, sınaq tədbirləri. □ Pilotaj mərhələsində dərsliklərin bir çox qüsurları aşkar olundu.
Azərbaycan dilinin izahlı lüğəti1. Bəzi işıqlandırıcı və qızdırıcı cihazlarda (pilətə, lampa, şam və s.) yanan lent, ip, qaytan. □ Lampaya piltə salmaq. Şamın piltəsini düzəltmək.
2. Partlayış işləri apararkən alışqanı alışdırmaq və müəyyən məsafəyə ötürmək üçün qaytan; fitil. □ Dinamitin piltəsini ki gördün? (C.Cabbarlı).
3. Tibb. Qanaxmanı dayandırmaq və ya çirki sorub çəkmək üçün yaranın içinə, yaxud boşluğa qoyulan mikrobsuzlaşdırılmış tənzif (cuna) parçası; tampon. □ Cərrah Səfərin yarasının piltəsini yenicə dəyişmişdi. (Y.V.Çəmənzəminli).
Azərbaycan dilinin izahlı lüğəti