1. Çoxguşəli meydan; hərbi təlim və müxtəlif silahların sınaqdan keçirilməsi üçün ayrılmış sahə. □ Hərbi poliqon.
2. Riyaziyyat. Sonlu sayla düz xətt parçalarından düzəldilmiş sınıq xətt. □ Qapalı sınıq xətt də poliqondur.
Azərbaycan dilinin izahlı lüğətiMətn materiallarının və qrafik təsvirlərin kütləvi şəkildə çoxaldılmasına imkan verən texniki üsulların məcmusu; çap məhsulları istehsalının bütün növlərini əhatə edən sənaye sahəsi. □ Poliqrafiya müəssisəsi.
See also:
1. Xalq kütlələrinin rəğbətini qazanmağa yönəlmiş ictimai fəaliyyət. □ Populizm daha çox xalqın idarəetmədə birbaşa iştirakını qabartmaq, mövcud dövlət və hakimiyyət orqanlarına inamsızlıq yaratmaq, bürokratiya və korrupsiyanı kəskin tənqid etmək və s.-dən ibarətdir.
2. Ciddi problemlərin çox asanlıqla həll olunacağına sadəlövh inam formalaşdırmaqla auditoriyanın rəğbətini qazanmaq cəhdi. □ Çıxışlarda populizm.
Azərbaycan dilinin izahlı lüğəti1. Çox sadə, aydın dildə ifadə edilən, hamının başa düşəcəyi bir tərzdə, hamı üçün anlaşılan. □ Populyar üslub.
2. Məşhur, geniş yayılmış, hamıya məlum olan; tanınan, qəbul edilən, geniş kütlənin rəğbətini qazanan. □ Populyar müğənni.
Azərbaycan dilinin izahlı lüğətiBiologiya. Müəyyən ərazidə yerləşən canlılar qrupunun bir-biri ilə və ya başqaları ilə qarşılıqlı əlaqə şəraitində sayını artırması. □ Köçəri quşların populyasiyası.
See also:
1. İncəsənət. Böyük binanın memarlıq baxımından işlənmiş əsas girəcəyi. □ Sütunlu portallar.
2. İnşaat. Dəzgah, kran.
3. İnformatika. İnternet şəbəkəsində istifadəçiyə bir çox funksiyalardan və məlumatlardan faydalanmağa imkan verən çoxşaxəli və mürəkkəb strukturlu sayt. □ Xəbər portalı.
See also:
Təşkilatın, şirkətin, hansısa peşə sahibinin (model, fotoqraf, dizayner, memar və b.) gördüyü işlər, şagird və ya tələbənin nailiyyətləri haqqında dolğun təsəvvür yaradan nümunə və ya fotolardan ibarət toplu. □ Portfolioya baxmaq.
Azərbaycan dilinin izahlı lüğəti