Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

penitensiar [penitensiyar] isim lat. poenitentia – peşmanlıq

Bir sıra ölkələrdə məhbəs, həbsxana tipli islah müəssisəsi. □ Penitensiar xidmət.

Azərbaycan dilinin izahlı lüğəti

periferiya [periferiya] isim yun. periphereia – çevrə, ətraf yerlər

1. Əyalət, ucqar, mərkəzdən uzaq yer. □ Periferiyadan gəlmək.

2. Riyaziyyat. Həndəsi fiqurun sərhədi. □ Periferiya hissəsi.

3. Anatomiya. Bədənin ətraf üzvləri (məs.: əsəb periferiyası.). □ Periferik damarlar.

Azərbaycan dilinin izahlı lüğəti

perqament [perqament] isim yun. pergamenos < Pergamos – Kiçik Asiyada Perqam şəhərinin adından

1. Qədimdə üzərində yazmaq üçün xüsusi olaraq emal edilmiş heyvan dərisi; bu dəri üzərində əlyazma. □ Perqament üzərində yazmaq.

2. Yağ və rütubət keçirməyən kağız. □ Keyfiyyətli perqament.

Azərbaycan dilinin izahlı lüğəti

persona non qrata [persona non qrata] isim lat. persona non grata – arzu olunmayan şəxs

1. Politologiya. Diplomatik nümayəndəliyin fəaliyyət göstərdiyi ölkənin hökuməti tərəfindən arzu olunmayan təmsilçi kimi qəbul etdiyi şəxs. □ Persona non qrata elan edilmək.

2. Məcazi mənada: müəyyən bir qurumda, icmada fərqli fikirlərinə görə qəbul olunmayan arzuolunmaz şəxs.

Azərbaycan dilinin izahlı lüğəti

personal [persanal] isim lat. personalis – şəxsi

Hər hansı idarənin, müəssisənin şəxsi heyəti; müəyyən peşə qrupuna daxil olan sıravi işçilər. □ Xidmət personalı.

Azərbaycan dilinin izahlı lüğəti

petisiya [petisiya] isim lat. petitio – müraciət

Ali hakimiyyət orqanlarına ünvanlanan kollektiv xahiş, müraciət və ya etiraz məktubu. □ Petisiya imzalamaq.

Azərbaycan dilinin izahlı lüğəti

peycer [peycer] isim ing. peycer < page – səhifə

Məlumat göndərmək üçün mobil rabitə cihazı. □ Mobil telefondan fərqli olaraq peycerdə məlumatı yalnız yazılı mətn şəklində göndərmək mümkündür.

Azərbaycan dilinin izahlı lüğəti

piar [piyar] isim ing. PR Public Relations – ictimaiyyətlə əlaqələr

Hansısa təşkilat, lider və onun işi haqqında müsbət rəy və imic formalaşdırmaqdan ibarət olan fəaliyyət növü. □ Piar layihəsini hazırlamaq.

See also:

jurnalistika: qara piar Azərbaycan dilinin izahlı lüğəti

pikant [pik'ant] sifət fr. piquant – cazibədar, duyğulandıran

1. Diqqət çəkən, zərif, cazibədar; xüsusi görünüşü ilə maraq doğuran. □ Pikant görünüş.

2. Tünd, kəskin dad verən, ədviyyat.

Azərbaycan dilinin izahlı lüğəti

piknik [pik'nik'] isim fr. pique-nique – yüngül yemək təşkil etmək

Şəhərdən kənarda, təbiət qoynunda kiçik qrup halında yeməklə müşayiət olunan kollektiv əylənmə və gəzinti. □ Piknikə getmək.

Azərbaycan dilinin izahlı lüğəti

piksel [pik'sel] isim ing. pixel – şəklin elementi

Ekrandakı təsvirin ölçü vahidi və minimal elementi. □ Piksel ikiölçülüdür, elementləri bir-birindən rənginə və parlaqlığına görə kəskin fərqlənir.

Azərbaycan dilinin izahlı lüğəti

piktoqrafiya [pik'taqrafiya] isim lat. pictus – rənglə nəqş olunmuş + ...qrafiya

Dilçilik. Şəkli yazı; məlumatın rəsm və ya rəsm ardıcıllığı ilə verilməsi. □ Qayaüstü piktoqrafiya.

Azərbaycan dilinin izahlı lüğəti

piktoqram [pik'taqram] isim lat. pictus – rənglə nəqş olunmuş + ...qram

Dilçilik. Şəkli yazı; əşya və hadisələri qrafik şəkildə əks etdirən işarə. □ Yol piktoqramı.

Azərbaycan dilinin izahlı lüğəti

pirat [pirat] isim lat. pirata < yun. peirates – quldur

1. Dəniz qulduru. □ Gəmiyə pirat hücumu.

2. Məcazi mənada: hansısa əsərin (daha çox bədii ədəbiyyat, dərslik və musiqi) müəllifin və ya onu təmsil edən şəxsin (qurumun) icazəsi olmadan qazanc götürmək məqsədilə oğurluq çap edilərək yayılması. □ Pirat nəşrlər.

See also:

jurnalistika: pirat məhsul jurnalistika: pirat nüsxə Azərbaycan dilinin izahlı lüğəti

pirotexnika [piratexnik'a] isim yun. pyr – od, işıq, atəş

Texniki kimyanın müxtəlif təyinatlı – partlayıcı, işıqlandırıcı, alışdırıcı və s. tərkiblərin hazırlanması ilə məşğul olan sahəsi; kino çəkilişində yanğın, partlayış və s. səhnələrdə işlədilən vasitələr. □ Pirotexniki vasitələr.

Azərbaycan dilinin izahlı lüğəti