Bax: parlament.
Politologiya. Başda parlament olan dövlət idarə sistemi.
Parlamentarizmə əsaslanan. □ Parlamentli respublika.
Bax: parlatmaq.
Bir şeyi silməklə, yaxud üzərinə bir şey sürtməklə, çəkməklə ona parıltı vermək; işıldatmaq; parıldatmaq. □ Ey div addımlar ilə yüksələn diyar; Fikrini xalqımın zövq ilə parlat! (M.Müşfiq).
Parlaq, parlayan, parıldayan.
Parlama, parıldama, işartı, işıq. □ Eldən qanad aldım, şimşəkdən sürət; Günəşdən parlayış, mühitdən qüvvət. (A.Şaiq).
Şitil, gül, tezyetişən tərəvəz, göyərti yetişdirmək üçün üstü şüşə salınmış çərçivələrlə örtülü ləklərdən ibarət oranjereya növü; şitillik. □ Parnikdə şitil yetişdirmək. Parnikdən xiyar dərmək.
See also:
Buxar mühərriki ilə hərəkətə gətirilən gəmi.
Arxaizm. Paroxod sahibi.
1. Tibb. Xəstəliyin vaxtaşırı təkrar olması, birdən tutması.
2. Məcazi mənada: birdən-birə şiddətlə biruzə verən hiss.
Hərbi xidmət və ya gizli təşkilatlarda öz adamlarını tanımaq üçün işlədilən məxfi, şərti söz və ya ifadə. □ – Dayan! – Özgə deyil; – Söylə parolu! (M.Rahim).
Dəmir yolunda qatarları çəkib aparmaq üçün buxar mühərrikli lokomotiv. □ Parovoz deposu. Parovoz tüstüsü.
Parovozu sürən, parovoza xidmət edən dəmiryolçu.
Par-par parıldamaq – gözləri qamaşdıracaq dərəcədə parıldamaq. □ Pəncərələr par-par parıldayır.