1. Hökmdar, imperator, şah, sultan. □ Yalnız böyük padşahların qarşısında ad qazanmaq... üçün çapmağına dəyər. (“Qabusnamə”).
2. Məcazi mənada: yarışda, oyunda, məclisdə və s.-də başçılıq edən adama verilən ad. □ Qoçu Əsgər padşah olub, yuxarı başda əyləşibdir. (Ü.Hacıbəyli).
See also:
1. Arxaizm. Padşah vəzifəsi; şahlıq. □ Məlik Çoban çox ədalətlə padşahlıq etməyə, camaatla yaxşı rəftar etməyə başladı. (Nağıl).
2. Arxaizm. Padşah tərəfindən idarə olunan dövlət quruluşu; şahlıq, imperatorluq. □ Padşahlığı yıxmaq....Qızıl Arslanın padşahlığı qəbul etməsini təklif edirdilər. (M.S.Ordubadi).
3. Arxaizm. Bir padşahın hakimiyyəti altında olan ərazi, ölkə, məmləkət. □ Padşahlığı idarə etmək.
4. Arxaizm. Padşaha mənsub, padşah hökumətinə məxsus; dövləti. □ Padşahlıq dumasının vəkili olmaq xatalı işdir. (S.S.Axundov).
Azərbaycan dilinin izahlı lüğəti1. Ehtiraslı ruh yüksəkliyi; təmtəraq. □ Direktor... saçlarını əsdirərək, tragik aktyor pafosu ilə ağlamsındı. (M.Hüseyn).
2. Hər hansı bir yüksək ideyanın doğurduğu şövq, ilham, vəcd, ruh yüksəkliyi, coşqunluq, ehtiras. □ Romantika Almazın enerjisində, yaradıcılıq pafosunda... gözəl həyata olan inam və ümidindədir. (M.Arif).
Azərbaycan dilinin izahlı lüğəti1. Başqasının üstünlüyünə, xoşbəxtliyinə, rifahına, müvəffəqiyyətinə, qabağa getməsinə dözməyən, bundan dilxor olan, bunu gözü götürməyən; dargöz. □ Paxıl adam. Bir adam paxıl olsa; Ömrü boyu dərd çəkər. (Bayatı).
2. İsim kimi: başqasının üstünlüyünə, xoşbəxtliyinə, rifahına, müvəffəqiyyətinə, qabağa getməsinə dözməyən, bundan dilxor olan, bunu gözü götürməyən; dargöz adam. □ Paxılın biridir.
Azərbaycan dilinin izahlı lüğətiBaşqasının rifahına, üstünlüyünə, müvəffəqiyyətinə, xoşbəxtliyinə, qabağa getməsinə dözməmə, bundan dilxor olma, acıqlanma; gözügötürməzlik, dargözlük. □ Ağıla paxıllıq olmaz. (Atalar sözü).
See also: