Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

pakt [pak't] isim lat. pactum – müqavilə

Beynəlxalq əhəmiyyətə malik məsələləri nizamlayan ikitərəfli və ya çoxtərəfli müqavilə. □ Pakt imzalamaq.

Azərbaycan dilinin izahlı lüğəti

palata [palata] isim lat. palatium – saray

1. Bəzi ölkələrdə parlamentin, yaxud ali hakimiyyət orqanının tərkib hissəsi; məs.: İngiltərədə Lordlar P.-sı,  Nümayəndələr P.-sı və s. □ Yuxarı palata.

2. Bəzi dövlət, yaxud ictimai təşkilatların və idarələrin adı. □ Kitab palatası. Hesablama palatası.

3. Xəstəxanada otaq. □ Təkçarpayılı palata.

Azərbaycan dilinin izahlı lüğəti

palitra [palitra] isim fr. palette – kürək

1. Rəssamların şəkil çəkdikləri zaman üzərində boya qarışdırdıqları lövhə; boya taxtası. □ Palitrada işləmək.

2. Məcazi mənada: bir rəssama, bəstəkara, yazıçıya xas olan ifadə vasitələrinin məcmusu. □ Rənglərin palitrası.

Azərbaycan dilinin izahlı lüğəti

pamflet [pamflet] isim ing. pamphlet < palme fenillet – əldə tutulan yarpaq

Adətən, siyasi məzmunlu, kəskin ruhda yazılmış satirik, ifşaedici məqalə və ya kitabça. □ Pamflet yazmaq.

Azərbaycan dilinin izahlı lüğəti

panaseya [panaseya] isim lat. Panacea – qədim yunanlarda şəfa ilahəsi Panaseyanın adından

1. Yalançı kimyagərlərdə guya bütün xəstəlikləri sağaldan dərman.

2. Məcazi mənada: bəladan xilas olmaq üçün əlac, hər cür dərdin dərmanı (istehza ilə). □ Panaseya kimi qəbul etmək.

Azərbaycan dilinin izahlı lüğəti

panika [panik'a] isim yun. panikon – vahimə

Adamları qəflətən bürüyən qorxu, kütləvi vahimə hissi, təşviş və bunun nəticəsində baş verən qeyri-iradi hərəkətlər. □ Panika yaratmaq.

Azərbaycan dilinin izahlı lüğəti

pansion [pansiyon] isim fr. pension < lat. pensio – ödəmə, vermə, pay

1. Bir çox ölkələrdə ümumi yataqxanası olan qapalı orta məktəb. □ Pansion binası.

2. Ev üslubunda qurulmuş və hər cür şəraiti olan kiçik mehmanxana. □ Pansionda yaşamaq.

Azərbaycan dilinin izahlı lüğəti

panteon [pantiyon] isim yun. pantheion – tanrılara aid olunan yer

1. Tarix. Qədim yunan və romalılarda bütün ilahlara həsr edilmiş məbəd. □ Müqəddəs panteon.

2. Məcazi mənada: görkəmli şəxsiyyətlərin dəfn olunduğu yer, məqbərə. □ Qəhrəmanlar panteonu.

Azərbaycan dilinin izahlı lüğəti

pantomima [pantamima] isim yun. pantomimos – hər şeyi yamsılamaq

Teatr-kino. Məzmunun danışıq (sözlər) olmadan, mimika və jestlərin köməyi ilə təqdim edildiyi teatr tamaşası; him-cim teatrı. □ Pantomima teatrı.

Azərbaycan dilinin izahlı lüğəti

paparassi [paparassi] isim ital. paparazzi – italyan rejissoru F.Fellininin “Şirin həyat” filmindəki fotoqraf-reportyorun adından

Jurnalistika. Bir qayda olaraq, sensasiya doğuran şəkillər çəkmək məqsədilə məşhur adamların şəxsi həyatına müdaxilə edən, onları daim izləyən jurnalist-fotoqraf. □ Paparassi təqibi.

Azərbaycan dilinin izahlı lüğəti

paradiqma [paradiqma] isim yun. paradeigma – nümunə, model, formul, üsul

1. Elmdə problemin qoyuluşu və həlli üçün nümunə sayılacaq model, amillər, biliklər məcmusu. □ Daha çox elmi anlayış kimi qəbul edilmiş “paradiqma” sözü tarixi araşdırmalarda, ictimai proseslərin təhlilində də geniş işlənir.

2. Dilçilik. Hər hansı dil qaydasını izah etmək üçün nümunə kimi istifadə olunan leksik vahid və ya qrammatik forma. □ Dəyişən paradiqmalar.

Azərbaycan dilinin izahlı lüğəti

paradoks [paradok's] isim yun. paradoxos – gözlənilməz, qəribə

Reallıqda mövcud olan, lakin məntiqi baxımdan izah olunmayan situasiya, mühakimə. □ Paradoks fikirlərdə nəticə əvvəl söylənmiş mühakimə ilə üst-üstə düşmür, əksinə, onunla ziddiyyət təşkil edir.

Azərbaycan dilinin izahlı lüğəti

parametr [parametr] isim yun. parametrōn – ölçüb kəsən, uyğunlaşdıran

1. Proses, hadisə, sistem və texniki qurğunun hər hansı bir xassəsini xarakterizə edən miqyas, ölçü, göstərici. □ Hər bir kompüterin operativ yaddaşı, videoyaddaşı, sürəti və s. onun parametrləridir.

2. Riyaziyyat. Qiyməti çoxluğun elementlərini bir-birindən fərqləndirməyə imkan verən kəmiyyət. □ Dəyişkən parametr.

Azərbaycan dilinin izahlı lüğəti

paritet [paritet] isim lat. paritas (paritatis) – bərabərlik

Qarşılıqlı münasibətdə olan tərəflərin müəyyən parametrlər üzrə bərabərliyi. □ “Paritet” terminindən daha çox hüquqda və beynəlxalq münasibətlərdə istifadə olunur.

Azərbaycan dilinin izahlı lüğəti

parkinq [parkink'] isim ing. parking – avtodayanacaq

Nəqliyyat. Avtomobillərin dayanacağı üçün xüsusi olaraq təchiz edilmiş yer. □ Yeraltı parkinq.

Azərbaycan dilinin izahlı lüğəti