1. Əylənmək və vaxt keçirmək üçün bir neçə adam (əsasən uşaq) arasında icra olunan müxtəlif növlü əyləncə, məşğələ. □ Qaçdı-tutdu oyunu. Gəlin-gəlin oyunu.
2. Müəyyən qayda, üsul və şərtlərlə icra edilən idman məşğələsi, idman növü. □ Şahmat oyunu. Basketbol oyunu.
3. Görüş, yarış, matç. □ Rəqib komandaların oyunu. Oyun saat 6-da başlanır.
4. Rəqs. □ Oyun havası. Vağzalı oyunu.
5. Məcazi mənada: hoqqa, kələk, fənd, fırıldaq, hiylə. □ Bu qədər oyun olmaz ki, Səfər bəy bizim başımıza gətirir. (B.Talıblı).
6. Müəyyən rolu oynama, ifa eləmə. □ Artistin oyunu tamaşaçıların xoşuna gəldi.
See also:
1. Gülməli oyunlar çıxarıb başqalarını güldürən adam; hoqqabaz, oyun çıxaran, masqaraçı. □ Adamlar özlərinə məzəli təlxək, oyunbaz, ya dəli düzəldib əylənir, meydançanı, bazarı yeni gülüşmə götürürdü. (S.Rəhimov).
2. Keçmişdə ruhanilərin və mürtəcelərin artistlərə verdikləri təhqirli ad. □ ...yasxanalara buraxmırlar ki, oğlun oyunbazdır, arvad tumanı geyir. (C.Cabbarlı).
3. Məcazi mənada: fırıldaqçı, hiyləbaz, kələkbaz. □ Nədən ötrü məni axtarırsan, ay hiyləbaz, kəndirbaz, oyunbaz, kəkilbaz? (N.Vəzirov).
1. Müxtəlif gülməli oyunlar göstərmə; hoqqabazlıq. □ Məclis arəstə, ortalıqda bir sandıqça, içi dolu ilan, ilanları göstərib dərvişlər başladılar oyunbazlığa. (N.Vəzirov).
2. Məcazi mənada: kələkbazlıq, fırıldaqçılıq, fəndgirlik. □ ...nə qədər gec deyil, oyunbazlıqdan əl çək! (Q.İlkin).
1. Uşaqların oynayıb əylənməsi üçün düzəldilmiş hər cür şey. □ Uşaq oyuncağı. Oyuncaq mağazası.
2. Məcazi mənada: oynamaq, əylənmək üçün obyekt olan hər bir şey. □ ...saray olmuş bir oyuncaq; Meydan açır oğul-uşaq. (A.Şaiq).
3. Məcazi mənada: kor-koruna başqasının iradəsi ilə oturub-duran, öz müstəqil fikri olmayan adam haqqında.
See also:
1. Hər hansı oyunda iştirak edən adamlardan hər biri. □ Oyunçular sıraya düzüldülər. Məşqçinin oyunçulara göstərişi.
2. Rəqs edən, rəqqas(ə). □ Oyunçu qız ləzginka oynayır. (Ü.Hacıbəyli).
3. Gülməli oyunlar çıxarıb başqalarını güldürən adam; hoqqabaz, oyun çıxaran, masqaraçı. □ Rus oyunçularından əlli manatımın otuz səkkizini alınca anadan əmdiyim süd burnumdan gəldi. (Ə.Haqverdiyev).
1. Müxtəlif oyuncaq. □ Edison uşaqlıq vaxtını başqa uşaqlar kimi yalnız oyun-oyuncaq ilə keçirməmişdi.
2. Məcazi mənada: oynamaq, əylənmək üçün obyekt olan hər bir şey. □ Mən sənin oyun-oyuncağın deyiləm ki, məni ələ salırsan? (Y.V.Çəmənzəminli).