1. Qədim Yunanıstan və Romada guya ilahi qüvvəni və onun niyyətini duyaraq bu barədə əvvəlcədən xəbər verən kahin, rəmmal. □ Orakulun yozumu.
2. Məcazi mənada: mülahizələri çox vaxt həqiqət kimi qəbul edilən, müəyyən mistik əlamətlərə malik adam. □ Orakula bənzəmək.
Azərbaycan dilinin izahlı lüğətiİsti ölkələrdən gətirilmiş nadir ağac, yaxud ekzotik kol və gülləri çoxaltmaq, yaxud onları qışdan çıxarmaq üçün şüşədən düzəldilmiş qapalı yer, istixana; müxtəlif növ güllərin əkilib-böyüdüldüyü yer. □ Bənzərsiz oranjereya.
Azərbaycan dilinin izahlı lüğəti1. Adi, sıravi, nəzərə çarpmayan, kənarda qalan, heç nə ilə fərqlənməyən, diqqəti cəlb etməyən. □ Ordinar yazıçı.
2. Arxaizm. 1917-ci il rus inqilabından əvvəl elmi vəzifə adlarının tərkibində “ştatda olan”, “ştatlı” mənasında işlənən söz. □ Ordinar professor.
Azərbaycan dilinin izahlı lüğətiDilçilik. Sözlərin düzgün tələffüzü haqqında elm, qaydalar sistemi. □ Orfoepiya danışıq səslərinin müxtəlif mövqelərdə deyilişini, fonetik hadisələri, intonasiya, vurğu və alınma sözlərin tələffüzü məsələlərini əhatə edir.
See also:
1. Dayandığı yerin koordinatlarını təyinetmə, müəyyənləşdirmə. □ Oriyentasiyanı itirmək.
2. Məcazi mənada: əqidə, məslək, dəyər və fəaliyyətə münasibət. □ Oriyentasiyanı müəyyən etmək.
Azərbaycan dilinin izahlı lüğətiÜçüncü şəxs əvəzliyinin təki; haqqında danışılan və ya göstərilən şəxsi bildirir. □ O gəldi.
1. Zaman və ya məkan daxilində bilavasitə göz qabağında olmayan,yaxud uzaq olan şeyi göstərir, həm də ismə konkretlik verir. □ O kitablar mənimdir. O otaqda kim yaşayır?
2. Qoşa olan iki şeyin ikincisini göstərir. □ Yolun o tərəfində. Gölün o sahili.
3. İsim kimi: haqqında danışılan, göz qabağında olmayan və ya uzaqda olan hadisə, şey. □ O mümkün deyil.
Heyrət, təəccüb bildirir (bəzən təkrar edilərək işlədilir). □ O! Bu kimdir? O! Bu heç olmadı.
See also:
1. Bir neçə evdən ibarət kiçik yaşayış məntəqəsi, kiçik kənd. □ Oba köçüb, yurdu qalıb. (Atalar sözü).
2. Köçərilərin, heyvandarların müvəqqəti sakin olduqları bir neçə alaçıq və ya çadırdan ibarət köç yeri; köçəbə, düşərgə. □ Çoban obası.
See also: