1. Hər hansı elm, təhsil və sənət sahəsində işlənən əsas termin və anlayışların məcmusu, siyahısı. □ Peşə nomenklaturası.
2. Kadrların aşağıdan yuxarıyadək təyini; yuxarı instansiyalarda təsdiq olunan vəzifələrin siyahısı. □ Nomenklaturaya düşmək.
See also:
1. İqtisadiyyat. Qiymətli kağızların, kağız və dəmir pulların, banknotların optimal dəyəri; malın üstündə və ya preyskurantda göstərilən qiymət. □ Nominal dəyər.
2. Adı olub özü olmayan, heç bir fəaliyyət göstərməyən. □ Nominal xarakter daşımaq.
Azərbaycan dilinin izahlı lüğəti1. Dilçilik. Ad, adlandırma. □ Nominasiya nəzəriyyəsi.
2. Festival və müsabiqələrdə fəxri adların və mükafatların verilməsi üçün təyin olunmuş fəaliyyət növləri və sahələrin adları; məs.: ədəbiyyat müsabiqəsində şeir və ya hekayə nominasiyası. □ Kitab müsabiqəsində dizayn nominasiyası üzrə mükafat.
Azərbaycan dilinin izahlı lüğəti1. Qanunla müəyyənləşdirilmiş, hamının qəbul etdiyi və məcburi sayılan qayda, nizam, nümunə. □ Hüquqi norma.
2. Müəyyən edilmiş ölçü, miqdar, orta kəmiyyət. □ İstehsal norması.
See also:
1. Musiqi. Musiqi səslərini, tonlarını göstərən şərti qrafik işarə, eləcə də həmin səsin özü. □ Si notu.
2. Musiqi. Musiqi əsərinin şərti qrafik işarələrlə yazılmış mətni; belə mətnlərdən ibarət dəftər, kitab və s. □ Not dəftəri.
3. Məcazi mənada: hansısa mətləbə işarə vurulması, hansısa məqamın xüsusi qabardılması. □ Etiraz notu.
Azərbaycan dilinin izahlı lüğəti