1. Balaca meydan, kiçik meydan. □ Meydançaya kölgə salır; Çadır kimi göy buludlar. (N.Rəfibəyli).
2. Bir iş görmək üçün açıq sahə. □ Tikinti meydançası.
3. Bir tikilinin, binanın və s. üstündə və ya içərisində düz boş yer. □ Pilləkən meydançası.
See also:
Arxaizm. Şərab satılan və içilən dükan, şərabçı dükanı.
Fikirləşmədən, qabaqcadan hazırlaşmadan deyilən, adətən məzhəkəli şeir növü. □ Adamlar dağılandan sonra toy sahibinin yaxın adamları qalıb meyxana deyərdilər. (H.Sarabski).
Azərbaycan dilinin izahlı lüğətiArxaizm. Meyxana sahibi, meyxana saxlayan adam.
Məclislərdə meyxana deyən, meyxana deyişmələrində iştirak edən adam.
Xan oyunu çıxar, meyxanaçılar meyxana deyişərlər, bəzən də aşıq gətirdib nağıl danışdırarlar. (R.Əfəndiyev).
1. Bir tərəfə əyilmə. □ Divarın meyli bayıradır.
2. İstək, arzu, həvəs. □ Uşağın oynamağa meyli yoxdur. Tələbənin ədəbiyyata meyli var.
3. Könül, məhəbbət. □ Mən sənə mailəm, səndədir meylim; Demə səndən qeyri kəsdədir, ayqız! (M.P.Vaqif).
See also: