Ədəbiyyatşünaslıq. Bir sözün, iki məfhumun bir-birinə yaxınlığına əsasən başqa sözlə əvəz edilməsindən ibarət ifadə üsulu; məcaz (məsələn, “ağıl” əvəzinə “baş”, “Sabirin əsərlərini oxumaq” əvəzinə “Sabiri oxumaq”), habelə bu cür işlədilmiş söz və ya ifadə.
Azərbaycan dilinin izahlı lüğəti1. Metr ölçü sistemində yüz santimetrə bərabər uzunluq.
2. Santimetrlərə bölünmüş bu uzunluqda ölçü aləti.
Qeyd: Xarici mürəkkəb sözlərin ikinci tərkib hissəsi olub, aşağıdakı mənaları ifadə edir: a) sözün birinci hissəsində ifadə olunmuş ölçünün uzunluğunu bildirir; məs.: kilometr, santimetr, millimetr; b) sözün birinci hissəsində ifadə olunanı ölçmək üçün cihazı, aləti bildirir; məs.: voltmetr, termometr və s.
See also:
1. Şəhər və ya kənd, qəsəbə və s. içərisində tikilisiz açıq və geniş düz yer, sahə. □ Bakıda Azneft meydanı.
2. Ümumiyyətlə, düz və geniş sahə; düzənlik, genişlik. □ Dağın o tərəfi böyük meydandır.
3. Bir işin icrası üçün geniş sahə, yer. □ Vuruş meydanı. Döyüş meydanı. Təlim meydanı.
4. Obrazlı təşbehlərdə “geniş”, “enli” mənasında. □ Əyilməyib, düzdür onun uca qaməti; Sinə meydan, kürək enli, görkəmi dağdır. (Ə.Əlibəyli).
5. Yerlik halda meydanda – ortada, arada, aralıqda. □ Meydanda bir səbəb yoxdur. Lazım olan şeylərin heç biri hələ meydanda yoxdur.
6. Yönlük halda meydana – ortaya, araya, aralığa. □ Bəli, bizlərdə övrəti boşamaq lazım olanda həmişə meydana bir bəhanə gəlir. (C.Məmmədquluzadə).
7. Məcazi mənada: fürsət, imkan; əlverişli şərait. □ Mahi-ramazandır, yenə meydan da bizimdir! Meydan da bizim, ərsədə cövlan da bizimdir? (M.Ə.Sabir).
See also: