1. 1917-ci il inqilabından qabaqkı Rusiyada xırda şəhər alverçilərindən, sənətkarlarından, aşağı vəzifəli qulluqçulardan və s. ibarət silk, təbəqə; həmin təbəqəyə mənsub olan adam. □ Kəndlilərin və meşşanların tabutlarını öz boyuna görə hazırladı. (A.Çexov).
2. Məcazi mənada: ictimai görüş dairəsi dar, xırda mülkiyyətçi əhvali-ruhiyyədə olan adam. □ Sən bizim gələcək həyatımızı bir meşşan həyatı kimi təsəvvür eləyirsən. (S.Rəhman).
1. Metafizik fəlsəfə tərəfdarı, metafizik üsul tətbiq edən (dialektik əksi).
2. Mücərrəd, anlaşılmaz, dumanlı fikirlər yürüdən adam haqqında.
1. Fəlsəfə. Metafizikaya əsaslanan, metafizikaya aid olan, dialektikaya zidd olan. □ Metafizik fəlsəfə. Metafizik üsul.
2. Məcazi mənada: mücərrəd, anlaşılmaz, dumanlı. □ Metafizik fikir.
1. Dialektikanın əksinə olaraq, hadisələri, onların qarşılıqlı əlaqələri, ziddiyyətləri və inkişafı xaricində götürən idealist dünyagörüşü və dərketmə metodu.
2. Hər hansı bir mücərrəd, buna görə də aydın dərk edilməyən dumanlı şey haqqında.