1. Meşə salmaq, becərmək və yetişdirmək haqqında elm; meşəşünaslıq. □ Meşəçilik ədəbiyyatı.
2. Kənd təsərrüfatının bir sahəsi kimi meşəsalma; becərmə və ondan istifadə etmə. □ Meşəçilik idarəsinin işçiləri maşından düşürtdükləri yekə mişarı götürüb Dədə palıda tərəf gedəndə Bağırın içində sanki nəsə qırıldı. (İ.Məlikzadə).
1. Meşədə ağac kəsməklə məşğul olan fəhlə; meşədoğrayan. □ Şəhərdə bir qədər yaşadıqdan sonra, o, əhalisi meşəqıranlardan ibarət olan bir kəndə keçdi. (H.Seyidbəyli).
2. Sifət kimi: meşə qırmaq üçün olan, meşə qırmağa yarayan. □ Meşəqıran maşın.