Meh əsən, xəfif küləkli. □ Mehli sahə.
Qonaq. □ Bir-iki gün ki, sənə, ey nigar, mehmanəm; Nolur əgər tutasan hörmətin bu mehmanın? (S.Ə.Şirvani).
Başqa yerdən gələnlərin müvəqqəti yaşaması üçün xüsusi təchizatlı otaqları olan ev; qonaq evi. □ Gəncədə düşmək üçün yaxşı mehmanxanalar varmı? (Ə.Haqverdiyev).
Arxaizm. Mehmanxana sahibi, mehmanxana saxlayan adam.
Mehmanxana saxlamaqla məşğul olma, mehmanxana işi. □ Mehmanxanaçılıq həyatında bu cürə qadınlara tez-tez təsadüf edirəm. (M.S.Ordubadi).
Qonaqcıl, qonaqpərəst. □ Mehmannəvaz adam.
Qonaqpərəstlik. □ Vaqiən İranın mehmannəvazlığının mislini qeyri yerdə, zənn edirəm, görmək olmaz. (C.Məmmədquluzadə).
Bax: mahparə.
Klassik ədəbiyyatda sevgi, məhəbbət mənalarında işlənmişdir. □ Könlün xoş isə, təbəssüm eylə! Mehrin var isə, tərəhhüm eylə! (M.Füzuli).
Evlənən kişi tərəfindən aldığı qadına – qıza nikahda talaq üçün təyin edilən pul; kəbin pulu.
See also:
Məscidlərin qiblə tərəfdəki divarında namaz qılarkən pişnamazın və onun ardınca başqa namaz qılanların üzlərini çevirdikləri oyuq yer. □ Zahidin mehrab içində zikrü taətdir işi. (İ.Nəsimi).
1. Çox yaxşı münasibət bəsləyən, səmimi, mehr bəsləyən, şəfqətli, xoş rəftarlı. □ Mehriban qadın. 2. Mehribanlıq ifadə edən; səmimi, xoş. □ Mehriban münasibət.
Mehribanlıqla, dostcasına, səmimiyyətlə. □ Mehribancasına qəbul etmək.
Bax: mehribanlıq.
Bax: mehribancasına.
Bax: mehribanlaşmaq.