1. Müstəsna əhəmiyyəti olan bir hadisə münasibətilə ali hakimiyyət orqanının əhaliyə yazılı müraciəti. □ Kəndlilərin azad edilməsi haqqında manifest.
2. Siyasi partiyanın, ictimai təşkilatın proqram səciyyəli müraciəti. □ Sülh haqqında manifest.
3. Hər hansı bir ədəbi və ya bədii yaradıcılıq qrupunun öz yaradıcılıq prinsipləri haqqında yazılı şərhi. □ Futuristlərin manifesti.
1. İstinad nöqtəsi ətrafında fırlana bilən və kiçik qüvvə vasitəsilə böyük qüvvəni tarazlaşdırmaq üçün istifadə edilən mil, qol; bu prinsip əsasında düzəldilmiş tənzimedici mexanizm cihaz.
2. Məcazi mənada: fəaliyyət doğuran, hərəkətə gətirən vasitə.
1. Paltarın qoluna qoyulan və ya onun özündən qatlanmış hissə; qolağzı. □ Qolunu bir az yuxarı sıyırdı ki, manjetinin düymələri parıldasın və qolundakı saat görünsün. (Qantəmir).
2. Elektrotexnika. Porşenli nasoslarda mayenin və ya qazın sızmasının qarşısını almaq və boruların başlarını bir-birinə bənd etmək üçün halqa. □ Nasosun manjetini dəyişmək. Borunun manjetini bərkitmək.