Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

litogenez [litagenez] isim yunan

Geologiya. Çöküntülərin və çökmə süxurların əmələ gəlməsi, dəyişikliyə uğraması proseslərinin məcmusu.

Azərbaycan dilinin izahlı lüğəti

litomonitorinq [litamanitorinq] isim yunan/latın

Coğrafiya. Litosferin öyrənilməsi və qorunması məqsədilə burada gedən proseslərin daim müşahidə edilməsi üçün həyata keçirilən kompleks tədbirlər.

Azərbaycan dilinin izahlı lüğəti

litosfer [litasfer] isim yunan

Coğrafiya. Yer qabığını və mantiyanın astenosferədək olan üst qatını əhatə edən bərk təbəqə, örtük.

Azərbaycan dilinin izahlı lüğəti

ləpədöymə [ləpədöymə] isim

Coğrafiya. Dalğaların sahili döyəcləyərək abraziyaya uğratması hadisəsi.

Azərbaycan dilinin izahlı lüğəti

lot [lot] isim alman

Coğrafiya. Suyun dərinliyini ölçmək üçün cihaz.

Azərbaycan dilinin izahlı lüğəti

löss [löss] isim alman

Geologiya. Sarımtıl rəngli yumşaq çökmə dağ süxuru.

See also:

coğrafiya: lösvarı çöküntülər Azərbaycan dilinin izahlı lüğəti

lyanos [lyanos] isim ispan

Coğrafiya. Cənubi Amerikanın şimal-şərqində hündür otlar, adda-budda ağac və kollar bitən düzənlik sahə, subekvatorial landşaft tipi.

Azərbaycan dilinin izahlı lüğəti

labrador [labrador] isim

Geologiya. Plagioklazlar qrupuna aid mineral, albitlə anortinin izomorf qarışığı.

Azərbaycan dilinin izahlı lüğəti

lazurit [lazurit] isim latın

Geologiya. Kubik sinqoniyada kristallaşaraq, adətən, dənəli sıx kütlələr əmələ gətirən mineral.

Azərbaycan dilinin izahlı lüğəti

lepidolit [lepidolit] isim yunan

Geologiya. Mikalar qrupuna aid monoklinik sinqoniyalı mineral.

Azərbaycan dilinin izahlı lüğəti

limonit [limonit] isim yunan

Geologiya. Təbii dəmir 3-hidroksid (dəmir pası); mexaniki və kimyəvi qarışıqlara malik getit, yaxud lepidokrokitin gizli kristallik birləşmələri.

Azərbaycan dilinin izahlı lüğəti

linneit [linneyit] isim

Geologiya. Kubik sinqoniyada kristallaşaraq oktaedr formalı kristallar əmələ gətirən mineral.

Azərbaycan dilinin izahlı lüğəti

listvenit [listvenit] isim

Geologiya. Karbonatlardan (ən çox ankerit), kvars, muskovit və ya fuksitdən və müxtəlif mineral qatışıqlarından ibarət metasomatik süxur.

Azərbaycan dilinin izahlı lüğəti