Lirik şeirlər yazan şair, lirik şeirlər müəllifi.
1. Lirika xüsusiyyətləri olan, lirika mahiyyətində olan. □ Lirik poeziya.
2. Lirizmlə dolu, hiss və həyəcanla dolu; emosional. □ Lirik şeir. Lirik musiqi. Lirik səhnə.
3. Musiqi. Həzin, mülayim, zərif, xoş (səs haqqında). □ Lirik tenor. Lirik soprano.
1. Şairin hiss və həyəcanlarını şeir şəklində ifadə edən ədəbi əsər növlərindən biri. □ Məhəbbət lirikası. Azərbaycan klassik lirikası.
2. Bu qəbildən olan əsərlər; hər hansı bir yazıçının əsərlərində, yaradıcılığında hiss və həyəcan ünsürləri; emosionallıq. □ Füzulinin lirikası. Zakirin lirikası.
3. Məcazi mənada: lirik əhvali-ruhiyyə, təəssürat, daxili həyəcan; lirizm.
1. Lirika və drama ünsürlərini özündə birləşdirən, əks etdirən (ədəbi əsər haqqında). □ Lirik-dramatik əsər.
2. Musiqidə: lirik səslə dramatik səs arasında keçid təşkil edən (xanəndənin səsi haqqında). □ Lirik-dramatik tenor.
1. Litoqrafiya daşında şəkil çəkmə; üzərində şəkil çəkilmiş yastı daşdan çapetmə üsulu; daş basması.
2. Bu üsulla çap olunmuş şəkil və ya başqa şey. □ Bədii litoqrafiya.
3. Bu üsulla çap edən sex və ya müəssisə. □ Litoqrafiyada işləmək. Litoqrafiyada çap edilmək. Rəngli plakatlitoqrafiyada çap olunur.