Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

lil1 [lil] isim

1. Geologiya. Dənizin, gölün, çayın dibində olan mineral və ya üzvi hissəciklərdən ibarət çöküntü.

2. Bulanıq suların dibinə çökmüş qara, duru palçıq; lehmə, batlaq. □ Gəlinlərin balağı; Batır lilə, batlağa. (A.Səhhət).

lil2 [lil] isim

Yuyulmuş ağ paltarın rəngini qaytarıb təzələmək üçün ona vurulan göy boyaq; sinka. □ Suya lil qatmaq.

lilbağlayıcı ərəb

Arxaizm. Üçün.

Qəd ənarəl-eşqə-lil-üşşaqi minhacəl hüda!

Saliki-rahi-həqiqət eşqə eylər iqtida. (M.Füzuli)

Azərbaycan dilinin izahlı lüğəti